hacklink Adalet.az | Dərələyəz mahalının müqəddəs yeri Adalet.az | Dərələyəz mahalının müqəddəs yeri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Dərələyəz mahalının müqəddəs yeri

26939    |   2019-06-19 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dərələyəz dağlıq silsiləsinin (ən hündür zirvəsi Küküdağ – 3120 m) şimal-şərq hissəsini, Arpaçay hövzəsini əhatə edən Dərələyəz mahalı İrəvan xanlığının Zəngəzurla sərhədd hissəsin əhatə etmişdir. İnzibati-ərazi bölgüsü baxımından bu ərazi bütünlüklə müsəlman-türk əhalisndən ibarət olunduğundan 1931-ci ildə Arpaçay rayonu yaradılmış, 1936-1990-cı illərdə Əzizbəyov rayonu adlanmış, sonrakı dövrdə isə Vayk kimi qəbul edilmişdir. Ərazisi dağlıq və dağarası vadilərdən, meşə ilə örtülü sahələrdən ibarət olduğundan Azərbaycan dövlətçiliyi tarixində mühüm hərbi-strateji əhəmiyət daşıdığı üçün (Naxçıvan və Türkiyə ilə birbaşa əlaqələrin təmin edilməsi və beynəlxalq ticarət yollarının bu ərazidən keçməsi nəticəsində) 1905-1920-ci illərdə birləşmiş hay-rus silahlı qüvvələrinin əsas hədəflərinə də tuş gəlmişdir.

Mahalın hay mənşəli kəndləri olmasa da müsəlman-türk ailələrinin yaşadıqları bir çox kəndləri – Zirək, Tağ, Tuğ, Kert, Çıraqlı, Gindivas, Qalakənd, Köşbək, Leyliqaçan, Gümüşxana, Safolu istisu (sonralar Cermux adlanıb), Məhəmmədrza, Herher, Kotanlı, Arınç, Bulaqlı, Məlişkə (Qobustan qış otlağı massivində bu adda tarixi ərazi var)... yerlə-yeksan edən düşmən əhalinin çoxusunu ağır işkəncələrlə qətlə yetirmiş, bir hissəsini isə Arpaçaya tökərək məhv etmişlər.

Quldurbaşı A.Ozanyanın azğınlaşmış quldurlarının hücumundan kökənli müsəlman-türk əhalisini xilas etmək üçün Azərbaycan hüdudlarına daxil olan Osmanlı Türkiyəsinin IV Qafqaz Ordusunun Musa Qarabəkir paşanın başçılığı ilə əsgər-zabit heyətinin bir tağımı da Dərələyəz mahalında olmuşdur.
O illərdə mənfur düşmənlə açıq səngər döyüşlərinin nişanəsi Gindivas kəndinin şərqində qalmaqda idi. Belə ki, kənddən 3 km aralıda olan Armudlu dağının ətəyindəki və el ziyarətgahına dönən bu tək Şəhid türk əsgərinin məzarı kəndin "Gümüşxana qəbirstanlığı”ndan 100 m aralıda, "Tələnin biçənəyi” adlanan yerə yaxın idi. İlk əvvəllər baş daşı kimi qara qranit lövhə üzərində ərəb əlifbası ilə yazı nişanə verirdi. Amma, 1920-ci ildən sonra bu kəndə köçürülmüş bir neçə hay ailəsi artaraq 1980-ci illərdə 120 ailəyədək artığından onlar tez-tez bu məzarı dağıdırdılar, daşları uçurdub yerlə-yeksan edirdilər. Axırda cammat məcbur olub orda dağ qalağı və lövhəsi qoymağa məcbur olmuşdu.

Həmin məzarın Şəhid türk döyüşçüsünə aid olması barədə kənd sakinlərindən Mehri Murad qızı (1896-1975), Bahar Murad qızı (1894-1977), Telli Əmrah qızı (1915-1993) bildirmiş və Vəli Nəriman oğlu (1938) məlumat vermişdir.

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi 




İmza:

Teatr Festivalında - Kimdir müqəssir?

Bayram Bayramov doğum günüdür - 101 yaş

Heyranlarının sayını itirən “Şəki pitisi”

Kraliça Elizabetin bacısı Marqaret-içki düşkünü, yoxsa istedad...

Erməniləri, Mərkəzi Komitəni qəzəbləndirən xalq artistimiz - VİDEO

Əbülfəs Qarayev: Bakı yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir

Avropada Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şərəfinə hədiyyə pul nişanı buraxıldı

Kəlağayı: gözəlliyin özü, ismətin sinonimi...

Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anılıb

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

Əslən azərbaycanlı olan Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı

Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO