deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: SUSUNDAN QURUYAN AĞACLAR Adalet.az | Faiq QİSMƏTOĞLU: SUSUNDAN QURUYAN AĞACLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SUSUNDAN QURUYAN AĞACLAR

3722    |   2019-06-19 16:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər ki, ağaclar, yaşıllıq təbiətin "ağ ciyəridir”. Bu fikrə kimin şübhəsi varsa, münasibət bildirə bilər. Amma hamıya gün kimi aydındır ki, ağaclar, yaşıllıq olmasa, yaxud az olsa, onda insanları hansı əziyyət gözləyir onu başa düşmək bir o qədər də çətin deyil. Çünki yaşıllıq olmayan yerdə, yaxud az olan məkanda hava təmiz olmur, oksigen qıtlığı yaranır və ən nəhayət, insanlar çox çətin anlar yaşayırlar.

Bizim məmləkətimizdə də bəziləri ağaclara və yaşıllığa qənim kəsilsə də onu qoruyan, əkən və becərən insanlar da az deyil. Hər il ölkəmizdə yüz minlərlə ağac və bəzək kolları əkilir. Və bu əkilmiş yaşıllıqlara qulluq da göstərilir. Hətta elə rayon tanıyıram ki, yüksək təpəlikdə 5-6 il bundan əvvəl möhtəşəm bir park salıblar, həmin parkda da çoxlu sayda şam ağacları, küknar əkiblər. Qoy həmin ünvanın adını konkret deyək. Bu "Bayraq meydanı” Füzuli rayonunun Horadiz şəhərində salınıb. Həmin yerdə 30 mindən çox ağac əkilib və həmin ağaclar da demyə torpaq olduğuna görə, damcı üsulu ilə böyüdülür.

Üstəlik də isti yay günlərində bu yaşıllıqlara və ağaclara şlanqla da su verilir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Həmin "Bayraq meydanı” ilə yanaşı, Füzulinin girəcəyindən düz Horadiz şəhərinə qədər avtomobil yolunun sol və sağ hissəsində çinar ağacları əkilib. Eyni zamanda bütün kəndlərə gedən yolların kənarında çinar ağaclar xeyli vaxtdır ki, boy verir. Onlar da vaxtlı-vaxtında becərilir, sulanır.

Sözümüzün canı odur ki, Bakı şəhərində də müxtəlif rayonlarda çoxlu sayda ağaclar əkilib. Bəzi ağaclara yaxşı xidmət edildiyindən onlar isti yay günlərində inkişafını dayandırmır, daha da qollu-budaqlı olur. Amma elə yerlər də var ki, o yerlərdə əkilmiş ağaclara adamın ürəyi ağrıyır. Yəqin siz də Bakıda belə mənzərələrin az şahidi olmamısınız.

Yeni əkilmiş ağaclar isti yay günlərində vaxtlı-vaxtında suvarılmır və buna görə də bu ağaclar günün altında yanaraq susundan quruyurlar. İnkişaf etmiş və qollu-budaqlı ağaclar ancaq Allahın ümidinə qalıb. Yağış yağsa su içirlər, yağış yağmasa o ağacların budaqları, yarpaqları istiyə tab gətirməyib quruyur.

Təbii ki, hər yaşayış sahəsində kifayət qədər küknar, şam ağacları var. Və çox vaxt da insanlar isti yay günlərində bu ağacların altında kölgələnirlər. Ağacların kölgəsi altına sığınan adamın birinin ağlına gəlmir ki, bu ağac da canlıdır. İsti yay günlərində "dodağı susundan "cadar-cadar olur. Ancaq bir adam həmin ağaca bir vedrə su vermək istəmir.

Təbiətin işi belədir ki, iyun, iyul, avqust aylarında hava nə qədər isti olsa, çox nadir halda Bakıya yağış yağır və bu ağaclar da günün istiliyinə dözməyərək quruyur. Mən belə bir fikir səsləndirmək istəyirəm: hər adam kölgələndiyi ağaca gündə bir vedrə su versə, heç Bakıda bu ağaclar da susundan quruyub yanmazlar. Deyirik bəlkə bundan sonra hərəkətə gələk, susundan yanan ağaclara su verək. Biz bununla həm yanan ağacları qorumuş olarıq, həm də təbiətin "ağ ciyər”ini artırarıq.

Nə etmək olar ki, biz ümumxalq malına, mülkünə bir o qədər də sevgiylə yanaşmağı bacarmırıq. Özümüzün həyət-bacamızda ağacları, gülləri, çiçəkləri hər gün suvarmağı unutmuruq. Ancaq evimizdən 10 metr uzaqda yerləşən ağaca isə qətiyyən su vermirik. Bax, bu bizim ən zəif, ən pis cəhətlərimizdi.

Biz təbiəti sevə bilmirik. Yəni hamımız yaşıllıqları, ağacları qorumağı bacarmırıq. Ancaq bacaranlar da var. Məsələn, Yeni Günəşlidəki avtobus dayanacağında taksi fəaliyyəti ilə məşğul olan Qarabağ müharibəsi veteranı Şakir adlı orta yaşlı bir adam bir neçə il bundan qabaq iki çinar ağacı, iki də söyüd ağacı əkib. İndi maşallah, həmin ağaclar böyüyüb dayanacaqda maşın gözləyən adamlar gəlib onun kölgəsində dayanırlar. Şakir isə əkdiyi ağaclara öz övladı kimi baxır. Hər gün evdən su gətirib həmin ağaclara verir.

Yaxınlıqda "moyka” olsa da, onun müdiri icazə vermir ki, ordan su götürsün. O da çıxış yolunu evdən su gətirməkdə görür. Şakir bəy bununla da kifayətlənməyib. Divarın qırağındakı torpaq sahəsinə bəzək gülləri və çiçəklər əkib. Bir qədər də irəli gedərək bir neçə il bundan əvvəl ora ting də basdırıb. İndi o üzüm tingi çoxlu yarpaq gətirib. O gün görürəm ki, bir adam üzümün yarpaqlarını yığaraq səliqə ilə vedrəyə qoyur. Deyir ki, aparıb bu yarpaqları satacam. Əziyyət çəkən bunu eləmir, amma yoldan keçən ona qazanc mənbəyi kimi baxır.

Biz istəsək bax, bu Şakir kişi kimi susundan yanan ağaclara da su verə bilərik. Ancaq istəsək. Çox təəssüf ki, əksəriyyətimiz nə buna təşəbbüs göstərir, nə də bunu istəyir. Ona görə də kölgəsinə sığındığımız əksər ağaclar isti yay günlərinin havasına dözməyərək quruyurlar. Deyirik bəlkə bu ağacları qurumağa qoymayaq?! Əlbəttə, ellikcə bu addımı atsaq, susundan yanan ağacları Bakı şəhərində xilas eləyə bilərik.




İmza:
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK