Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İkinci anam Adalet.az | İkinci anam Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İkinci anam

2571    |   2019-06-19 14:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyat məni elə bir təkliyin içinə atıb ki, nə bacım var, nə qardaşım. Amma bir yandan da elə bir qələbəliyin içinə atıb ki, elə bil, həm qardaşım var, həm də bacım. Üstəgəl, ikinci anam da. Süd anam. Süd bacılarım, süd qardaşım. Xalam və onun övladları. Uşaqlığımın yarısı onlarla keçib. Xalaoğluyla əkiz kimi böyüdüblər bizi. Əksərən paltarlarımız da eyni olub. Hətta xalaoğlunun hesabına ikinci dəfə sünnət də olmuşam. Məni dublyor aktyor tutmuşdular. Ki, xalaoğlu qorxur, həkimin dediklərini eləmir. Səni görsə, eləyəcək. Bu səbəbdən mən binəvanı çarpayıya uzadıb üstümə qutu qoyub saxlayırdılar. Dərmanlı su düzəldilirdi, xalaoğlu girib otururdu içində. Eynisini mən də edirdim. Amma axı mən çoxdan sünnət olmuşam? Ömrünün ikinci baharını yaşayan adamlar kimi bu nə zülmdü çəkirəm? Bu hadisə o vaxt xoşuma gəldi ki, xalaoğluna gələn hədiyyələrdən mənim də payıma düşməyə başladı. Öz aramızdı, mən aktyor kimi öz işimin öhdəsindən əla gəlmişdi.

Yolkamız yox idi. Hər yeni ildə xalamgilə gedərdim. Sırf gecələr yolkanın rəngarəng işıqlarına tamaşa etmək üçün. Xalaoğlu atasına "dədə” deyir, elə mən də o vaxtdan atasına dədə, bacılarına bacı deyirəm.

Həm də axı mənim xalamın analığı süd analığından ötə bir şeydir. O, mənə həqiqətən də ana kimi olub. Bir yerim ağrıyanda mənə görə o da pis olub, onun da həmin yeri ağrıyıb. Yəni mən onu, o da məni ağrıyla, sevinclə birgə bir-birimizi içimizdə daşımışıq.

Ananın həyatda olmağı, yaşamağı xoşbəxtlikdirsə, ikinci ananın olmağı ikiqat xoşbəxtlikdir. Hətta üçüncü anam da var, onun haqqında bir dəfə yazmışam. Təsəvvür edin, öz ananızla bölüşə bilmədiyinizi ikinci ananızla bölüşürsünüz. O, sizi başa düşür. Gözəl deyilmi?

İşin məzəli tərəfi isə budur ki, mən xalamın südünü yemişəm. Və anamı incidəndə o qayıdıb deyə bilmir ki, sənə südümü halal etmərəm.

Düzdür, yaşa dolduqca insan öz bacısının, qardaşınıln olmağını arzulayır, amma xalamgil mənə bu yoxluğu hiss etdirməyiblər. Bu gün o qadının 60 yaşı tamam olur. Onun haqqında xoş şeylər düşünürəm. Amma düşünəndə ki, həyat fanidir, ölüm anidir, içimdəki işıq şam kimi sönür. Və mən ürəyimdə arzu tuturam ki, ona heç nə olmasın. Hə, hər şeyin bir mənfi tərəfi də var. İndi mənim içimdə həm də ikinci anamı itirmək qorxusu var. Və o qorxu bir gün həyata keçsə, mənim çiyinlərim bu yükü qaldırarmı? Bilmirəm.

Bu gün 60 yaşı tamam olur. Südünü halal elə mənə, qadın! Sən dünyanın ən gözəl, ən mehriban xalasısan.



İmza:

YAZARIN ARXİVİ

2019-10-15 : ŞƏRHSİZ...
2019-10-02 : ƏGƏR...
2019-09-30 : DONAN ÜMİDLƏR
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK