adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

İkinci anam

13907 | 2019-06-19 14:56

Həyat mənielə bir təkliyin içinə atıb ki, nə bacım var, nə qardaşım. Amma bir yandan daelə bir qələbəliyin içinə atıb ki, elə bil, həm qardaşım var, həm də bacım. Üstəgəl,ikinci anam da. Süd anam. Süd bacılarım, süd qardaşım. Xalam və onun övladları.Uşaqlığımın yarısı onlarla keçib. Xalaoğluyla əkiz kimi böyüdüblər bizi. Əksərənpaltarlarımız da eyni olub. Hətta xalaoğlunun hesabına ikinci dəfə sünnət dəolmuşam. Məni dublyor aktyor tutmuşdular. Ki, xalaoğlu qorxur, həkimin dediklərinieləmir. Səni görsə, eləyəcək. Bu səbəbdən mən binəvanı çarpayıya uzadıb üstüməqutu qoyub saxlayırdılar. Dərmanlı su düzəldilirdi, xalaoğlu girib otururduiçində. Eynisini mən də edirdim. Amma axı mən çoxdan sünnət olmuşam? Ömrününikinci baharını yaşayan adamlar kimi bu nə zülmdü çəkirəm? Bu hadisə o vaxtxoşuma gəldi ki, xalaoğluna gələn hədiyyələrdən mənim də payıma düşməyəbaşladı. Öz aramızdı, mən aktyor kimi öz işimin öhdəsindən əla gəlmişdi.

Yolkamız yoxidi. Hər yeni ildə xalamgilə gedərdim. Sırf gecələr yolkanın rəngarəngişıqlarına tamaşa etmək üçün. Xalaoğlu atasına "dədə” deyir, elə mən də o vaxtdanatasına dədə, bacılarına bacı deyirəm.

Həm də axı mənimxalamın analığı süd analığından ötə bir şeydir. O, mənə həqiqətən də ana kimiolub. Bir yerim ağrıyanda mənə görə o da pis olub, onun da həmin yeri ağrıyıb.Yəni mən onu, o da məni ağrıyla, sevinclə birgə bir-birimizi içimizdədaşımışıq.

Ananın həyatdaolmağı, yaşamağı xoşbəxtlikdirsə, ikinci ananın olmağı ikiqat xoşbəxtlikdir. Həttaüçüncü anam da var, onun haqqında bir dəfə yazmışam. Təsəvvür edin, öz ananızlabölüşə bilmədiyinizi ikinci ananızla bölüşürsünüz. O, sizi başa düşür. Gözəldeyilmi?

İşin məzəlitərəfi isə budur ki, mən xalamın südünü yemişəm. Və anamı incidəndə o qayıdıbdeyə bilmir ki, sənə südümü halal etmərəm.

Düzdür, yaşadolduqca insan öz bacısının, qardaşınıln olmağını arzulayır, amma xalamgil mənəbu yoxluğu hiss etdirməyiblər. Bu gün o qadının 60 yaşı tamam olur. Onunhaqqında xoş şeylər düşünürəm. Amma düşünəndə ki, həyat fanidir, ölüm anidir,içimdəki işıq şam kimi sönür. Və mən ürəyimdə arzu tuturam ki, ona heç nəolmasın. Hə, hər şeyin bir mənfi tərəfi də var. İndi mənim içimdə həm də ikincianamı itirmək qorxusu var. Və o qorxu bir gün həyata keçsə, mənim çiyinlərim buyükü qaldırarmı? Bilmirəm.

Bu gün 60yaşı tamam olur. Südünü halal elə mənə, qadın! Sən dünyanın ən gözəl, ənmehriban xalasısan.

TƏQVİM / ARXİV