adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyun 2019 13:06
5667
HADİSƏ
A- A+

Bakıda 67 yaşlı qadını vurub qaçan sürücü saxlanıldı

Bakıda qadını vurub qaçan sürücü saxlanılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yaşayan Məmmədov Zamiq Süleyman oğlu idarə etdiyi "Hyundai Sonata" markalı 10-FS-939 dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyada, 1952-ci il təvəllüdlü Rozakova Zemfira Sergeyevnanı vuraraq hadisə yerindən qaçıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb