adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyun 2019 12:48
32046
DÜNYA
A- A+

Zelenski sanksiyaların sərtləşdirilməsini istəyib

Almaniyada səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski kansler A. Merkellə Berlində keçirdiyi mətbuat konfransında Qərbin Rusiyaya qarşı qoyduğu sanksiyalar məsələsinə də toxunub. Adalet.az xarici KİV-lərə istinadən bildirir ki, V. Zelenskinin bu mövzuya geniş yer ayırmasına səbəb Qərbin bəzi biznes dairələrinin həmin sanksiyalardan narazı olmalarıyla bağlıdır: "Mənim bəzi siyasətçilər və iri biznes təmsilçilərinin sanksiyaları ləğv etməklə bağlı çağırışlarından xəbərim var. Fürsətdən istifadə edərək həmin adamlara səslənirəm – yəqin ki, onlar məni eşidirlər. Bu müharibəni biz başlamamışıq, ancaq biz onun tezliklə başa çatmasını istəyir və bundan ötrü hər gün çalışırıq. Biz haqq-ədalətin bərpası üşün bizimlə bir yerdə olmaq istəyən Avropalı tərəfdaşlarımızın sanksiyalardan əziyyət çəkməsini istəmirik. Ancaq bu, regionda qan tökmədən sülhün və əmin-amanlığın bərqərar olmasının yeganə yoludur”. – deyə prezident bildirib.

Sanksiyaların saxlanmasıyla bağlı Almaniya hökumətinin qəti mövqeyini də təqdir edən prezident deyib: "Sanksiyaların götürülməsini təbliğ edənləri isə Donbasa getməyə, bu müharibənin insanlara necə məşəqqətlər gətirdiyini öz gözləriylə görməyə çağırıram. Krima baxın, təbiətin bu nadir incisinin gözəl bir turizm məkanından əsl hərbi düşərgəyə çevrildiyini öz gözlərinizlə görün”.

Xatərladaq ki, Avropa İttifaqı Donbasa təcavüzlə bağlı bir sıra məhdudiyyətlər qoyub, 2014-cü ildə Krımın işğalıyla əlaqədarsa sanksiyalar tətbiq edib. 2019-cu ildə sanksiya siyahısı genişləndirilib və ora Rusiya Federasiyasının Qara dənizdə Ukrayna hərbi gəmilərinə hücumda əli olan səkkiz vətəndaşını adını əlavə edib.

Sabah Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaların vaxtının uzatmağı planlaşdırır.

Zelenski Bild nəşrinə müsahibəsində bildirib ki, əgər sanksiyaların effekti qənaətbəxş olmasa onlar daha da sərtləşdirilməlidir.


Adalet.az