viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Oktyabrın 1-dən pensiyalar 40 manat artırılır Adalet.az | Oktyabrın 1-dən pensiyalar 40 manat artırılır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Oktyabrın 1-dən pensiyalar 40 manat artırılır

3948    |   2019-06-19 12:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident cənab İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan verən sosial islahatlar paketi cari il ərzində minimum pensiyanın məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.

Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.

Əmək pensiyasının minimum məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması cənab Prezidentin "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” bəyanatının əməli müstəvidə, əhalinin, o cümlədən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri şərtləndirən ardıcıl addımların atılmasında öz təsdiqini tapdığını göstərir.



İmza:

Bu şəhərdən Bakıya uçuş ləğv edildi

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Qanunsuz yolla ölkəyə gətirilən siqaret, spirtli içki və idman qidaları aşkarlanıb

DİN: Özlərini müstəqil jurnalist adlandıran bir qrup şəxsin aksiya keçirməsinin qarşısı alınıb

“22 iyul varisi” adına layiq olanlar - Sorğu

Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib

Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayrıldı - SƏRƏNCAM

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO

Akademik: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar

Azərbaycan mətbuatı - 144 illik yol

SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK