deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azərbaycanda məktəbəqədər hazırlığa getməyən uşaqların sayı açıqlanıb Adalet.az | Azərbaycanda məktəbəqədər hazırlığa getməyən uşaqların sayı açıqlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda məktəbəqədər hazırlığa getməyən uşaqların sayı açıqlanıb

3559    |   2019-06-19 11:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda 2018/2019-cu tədris ilində məktəbəqədər hazırlıq qruplarınagetməyən 5 yaşlı uşaqların sayı 20-25 faiz təşkil edib.

Bu barədə Təhsil nazirinin müaviniİdris İsayev"Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasındaOmbudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, cari ildə 5 yaşlıların 75-80 faizi məktəbəqədər təlimə cəlb olunub: "Növbəti hədəf bu göstəricinin 2020-ci ildə 90 faiz olmasıdır. Əlverişli demokrafik inkişaf 1-ci sinifə qəbul olanların sayında da artımla özünü göstərib. 2018-ci ildə 165 mindən çox uşaq 1-ci sinifə qəbul olub. 2013-cü ildə isə bu göstərici 138 min idi. Bu gün Azərbaycanda ümumtəhsil pilləsində 1 milyon 533 minə yaxın uşaq təhsil alır”.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda son 15 ildə təhsilin inkişafı üçün, eləcə də təhsil infrasturkturunun inkişaf etdirilməsi üçün müvafiq işlər görülməkdədir: "Ümumtəhsilin ibtidai, ümumorta və tam orta pillələrində həm qızlar, həm də oğlanlar arasında savadlılıq səviyyəsi, riyazi bacarıqlar göstəricisi yüz faizlik göstərici ilə ifadə olunur. Hər il ali təhsil müəssisələrinə 50 mindən artıq tələbə qəbul olur”. İ.İsayev xatırladıb ki, hazırda dünyada 53 milyona yaxın uşaq məktəbə getmir: "Onların da böyük bir qismi münaqişə zonasında yerləşən ölkələrin əhalisinin payına düşür. Bu gün 103 milyondan artıq gəncin savadlılıq dərəcəsi sıfırdır, bunun da 60 faizini qadınlar təşkil edir”. (azedu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK