Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək" - Deputat Adalet.az | "Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək" - Deputat Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

"Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək" - Deputat

3986    |   2019-06-19 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, Prezidentİlham Əliyev"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb.

Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılır.

Milli Məclisin deputatı Asim MollazadəModern.az-a açıqlamasında deyib ki, Prezidentin əməkhaqqının artırılması ilə bağlı addımları çox mühümdür.

"Bu, Azərbaycan xalqının rifahının artırılmasına hesablanmış məsələlərdir. Xüsusi olaraq peşəkar müəllimləri bu istiqamətdə onların gəlirlərini yeni səviyyəyə çatdırmaqdır. Düşünürəm ki, bu artım Azərbaycanda təhsil sisteminin inkişafına xidmət edəcək”.

Deputat bildirib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının artırılması valideynləri də seçim etməyə vadar edəcək.

"Məktəblərdə səviyyələri yüksək olan müəllimlərin çalışması Azərbaycanda təhsil sistemini sürətlə dəyişdirə bilər. Mənə elə gəlir ki, bu, öz-özlüyündə valideyn-məktəb vəhdətini gücləndirəcək.

Valideynlər peşəkar müəllimlərin çalışdığı məktəbləri seçərək uşaqlarının gələcəyinə müəyyən töhfə verəcəklər. Hər valideyn övladının daha savadlı müəllimdən təhsil almasına çalışacaq”.




İmza:
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK