Pensiyalar artırılır - Minimum 200 manat olacaq
"Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən Azərbaycanda minimum pensiyanın məbləği 2019-cu ilin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Nazir müavini deyib ki, təxminən 25 faiz artım nəzərdə tutulur və bu artım 700 minə yaxın insanı əhatə edəcək. Onun sözlərinə görə, 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaş olmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik edilməyəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə "Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.(azvision.az)
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06