Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İcma sədri: "Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən..." Adalet.az | İcma sədri: "Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

İcma sədri: "Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən..."

7461    |   2019-06-19 10:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan tərəfinin Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi irəli sürməsinin heç bir əsası yoxdur.

Trend-n məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, erməni tərəfi həmişə bu cür bəhanələrlə danışıqlardan yayınmağa cəhd edir: "Danışıqlar prosesində Ermənistan tərəfi daim prosesi gecikdirməyə, yubatmağa cəhd edib. Bu məsələ də həmin bəhanələrdən biridir. Azərbaycan hər zaman münaqişənin tənzimlənməsi üçün danışıqlarda konstruktiv mövqeyini ortaya qoyub, amma Ermənistan daim danışıqlardan yayınaraq münaqişənin həllinə xələl gətirməyə çalışıb. Ermənilər həmişə bu prosesdə Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi danışıqlara qatmaq, həmin icmanın rolunu şişirtməyə cəhd edib. 1992-ci ildə ATƏT-in Helsinki Nazirlər Şurasının sammitində qeyd olunduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması erməni icması ilə birlikdə münaqişənin aralı tərəfidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatında da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı və erməni icmaları maraqlı tərəfdir. Ermənilərin formatın dəyişdirilməsində atdığı hansısa addımlar müvəffəqiyyətsizliyə uğrayacaq, bu iddianın heç bir əsası yoxdur”.

T.Gəncəliyev bildirib ki, danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir və icmalar maraqlı tərəf kimi prosesi izləyir.




İmza:

İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

Zakir Həsənov NATO admiralı ilə görüşdü

Ərdoğan Bakı görüşü barədə: “Artıq beş dövlət, bir millətik”

Tahir Rzayev: "“Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın..."

“Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik” - Ərdoğan

Prezident: “Nazarbayevin Türk dünyasında böyük xidmətləri var” - VİDEO

Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilib - YENİLƏNİB

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib

“Torpaqların işğaldan azad edilməsi üçün zəmin hazırlanır” - İcma sədri

XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı "qara siyahı"dan çıxarılıb

Milli birlik varsa qələbə də olacaq

MÜSAVAT BAŞQAN SEÇİR, BAŞQA PARTİYALAR YAXASINI CIRIR

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK