adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Iyun 2019 10:30
28085
KRİMİNAL
A- A+

Azərbaycanda 29 yaşlı gənc güllələndi

Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.


Hadisə rayonun Astanlı kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.

Faktla bağlı araşdırma aparılır. (report)