adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Iyun 2019 09:15
6427
HADİSƏ
A- A+

Sumqayıtda liftdə yanğın - 5 nəfər təxliyə olundu

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.