hacklink Adalet.az | Azərbaycanın iki güləşçisi Avropa çempionu olub Adalet.az | Azərbaycanın iki güləşçisi Avropa çempionu olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

19186    |   2019-06-19 09:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın idmançıları İtaliyada keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Dörddəbir finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən M.Əliyev finala vəsiqə qazanıb. İyunun 18-də keçirilən həlledici qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiya güləşçisi ilə görüşdə 0:3 hesabı ilə geridə olan idmançımız əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib və Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. N.Məmmədli növbəti qarşılaşmada türkiyəli güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisi ilə üz-üzə gələn idmançımız prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı dörd xallıq üstünlüyü sonadək qoruyan pəhləvanımız finala çıxıb. İyunun 18-də keçirilən son görüş də güləşçimizin üstünlüyü ilə keçib. Belarus idmançısına vaxtından əvvəl qalib gələn N.Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

İdmançılarımızdan Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk görüşdə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. Xorvatiyalı güləşçiyə ilk hissədə qalib gələn X.Həsənli yarımfinala yüksəlib. Lakin təmsilçimiz bu mərhələdə Rusiya idmançısına uduzub. Xasay iyunun 18-də üçüncü yer uğrunda görüşdə gürcüstanlı rəqibinə ilk hissədə qalib gəlməklə bürünc medalı boynundan asıb.




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK