adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Iyun 2019 18:00
29421
İDMAN
A- A+

“Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Ölkəmizi bu mərhələdə təmsil edəcək "Neftçi” Moldovanın "Speranta" klubu ilə qarşılaşacaq.

"Səbail" isə Rımıniya təmsilçisi "Universitatya Krayova" ilə üz-üzə gələcək. Hər iki komandamız ilk oyunu evdə keçirəcək.



Avropa Liqası

I təsnifat mərhələsi

"Neftçi" (Azərbaycan) - "Speranta" (Moldova)

"Səbail" (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)


Qeyd edək ki, Avropa Liqasında1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.


Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə2-ci təsnifat mərhələsindən başlayacaq.Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunlarıiyulun 25-də və avqustun 1-də olacaq.