adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Iyun 2019 17:01
25380
İDMAN
A- A+

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

Bu günUEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

İveçrənin Nyon şəhərindəkeçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ”ın da rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubu qarşılaşacaq. İlk oyun səfərdə olacaq.

"Qarabağ" ötən mövsüm ÇL-in 2-ci təsnifat mərhələsində də Albaniya təmsilçisi ilə üz-üzə gəlmişdi. Həmin vaxt ağdamlıların rəqibi "Kukesi" klubu olmuşdu.

Qeyd edək ki, ÇL-nin1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.