adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyun 2019 15:53
38806
TEXNOLOGİYA
A- A+

“Facebook” öz kriptovalyutasını yaradacaq

"Facebook” şirkəti 2020-ci ildə özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

Trend-in məlumatına görə, "Libra” adını daşıyacaq kriptovalyuta ilə "Facebook Messenger”, "WhatsApp” və bu valyuta üçün xüsusi yaradılacaq proqram vasitəsilə əməliyyatlar aparmaq mümkün olacaq.

Şirkətdən bildiriblər ki, kriptovalyuta blokçeyn texnologiyası əsasında dövriyyəyə buraxılacaq.

Bir müddət əvvəl məlumat verilmişdi ki, "Visa”, "Mastercard”, "PayPal” və "Uber” "Facebook”un yaradacağı kriptovaluyutanın idarə olunması üçün konsorsiumun təsis olunması üçün 10 milyon dollar vəsait qoymağa hazırdır.