hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: HAVALAR İSTİ KEÇƏNDƏ... Adalet.az | Faiq QİSMƏTOĞLU: HAVALAR İSTİ KEÇƏNDƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: HAVALAR İSTİ KEÇƏNDƏ...

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə “Ədalət”in birgə reydi

4441    |   2019-06-18 13:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq iyun ayının ortalarından ölkəmizdə kəskin istilər başlayıb. Təbii ki, bu istilər müsbət tərəflərlə yanaşı, insanlara çətin məqamlar da yaşadır. Ən başlıcası odur ki, havanın həddindən artıq çox isti olduğu günlərdə avtomobilləri idarə etmək elə də asan olmur. Başqa sözlə demiş olsaq, belə isti havalarda birmənalı olaraq kondisionerli maşınlardan istifadə edilməli, sərnişin daşıyarkən avtobus və mikroavtobus sürücüləri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan digər insanlar daha diqqətli olmalıdılar.

Ürək ağrısı ilə deməliyik ki, indi ölkəmizdə fəaliyyət göstərən nəqliyyat vasitələrinin, eləcə də avtobus və mikroavtobusların əksəriyyətində soyuducu sistem yoxdur. Amma buna baxmayaraq, həmin sürücülər sutkanın 16 saatını, bəzən də daha çox anlarını sükan arxasında keçirirlər. Elə sürücü var ki, kondinsionersiz mikroavtobusla və taksilə 500 kim məsafəni gedib qayıdır. Belə də olanda nəqliyyat vasitəsini tək idarə edən sürücü sükan arxasında yuxulayır və qəza törədir.


Bu mövcud nöqsanları aradan qaldırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyi, o cümlədən Yol Patrul Xidməti Alayının komandiri respublikanın avtomobil yollarında xidmət aparan bütün tağım komandirlərinə konkret tapşırıqlar verib. Belə ki, bütün tağımların stasionar postlarında sürücülərin isti havalarda əl-üzlərini yuması üçün şərait yaradılıb və hətta onlar maşınlarını saxlayıb əl-üzlərini yuyandan sonra həmin postlarda istirahət də edə bilərlər. Yəni yorğunluğu canından çıxan sürücü bu mərhələdən sonra rahat sükan arxasında əyləşir və yoluna davam edir.


Yol Patrul Xidməti Alayının Bakı-Quba avtomobil yolunda xidmət aparan 1-ci tağımın həm Sarayda, həm də Zaratdakı stasionar postlarında sürücülərin isti havalarda sərinləməsi və əl-üzlərini yuması üçün bulaq yaradılıb və həmin yer soyuq su ilə təmin edilib. Əlbəttə, bəzi sürücülər bu şəraitdən xəbərsizdilər. Yol boyu hərəkət edirlər, ancaq stasionar postda dayanıb soyuq su ilə yuyunmur və dinclərini almırlar.

Şənbə-bazar günləri kerçirilən reyd zamanı onlarla sürücü stasionar postda saxlanılaraq maarifləndiriliblər. Bu proses tək şənbə-bazar günləri deyil, iyun, iyul, avqust aylarının bütün günlərində davam edəcək. Polis baş serjantı Emin Əsədov xarici markalı avtomobilin sürücüsünə "dayan!” işarəsi verir. Sürücü maşını yolun kənarına verib saxlayır. Sükan arxasında əyləşən Cəfər Məmmədova yol polisi inspektoru Emin Əsədov onun saxlanılmasının səbəbini izah edir. Sürücü deyir ki, mən heç bir qayda-qanunu pozmamışam. Polis baş serjantı Emin Əsədov onunla razılaşır, bildirir ki, sadəcə ona görə səni stasionar postda saxlamışıq ki, hava çox istidir, bəlkə yorğunsunuz, düşüb əl-üzünüzü soyuq su ilə yuyasınız. Sürücü bundan məmnun olur, stasionar postdakı soyuq su ilə əl-üzünü yuyub rahatlanır. Sonra da yol polisinə öz razılığını bildirir.


Bir avtobus da stasionar postda saxlanılır. Sürücü Əhməd Vəliyev kondisionersiz maşından düşür və sərnişinlərə deyir ki, onlar da düşsünlər. Polis baş serjantı Emin Əsədov onları da maarifləndirir. Deyir ki, belə isti havada kondisionersiz avtobusu idarə etmək çox çətindir. Həm sərnişinlər əziyyət çəkir, həm də siz. Sürücü və sərnişinlər stasionar postdakı bulağın suyu ilə yuyunub sərinləyirlər və yaradılmış şəraitə görə yol polisinə öz təşəkkürlərini bildirirlər.

Polis baş serjantı Anar Hümmətov da "Mersedes” markalı maşını saxlatdırır. O da sürücü Namiq Həsənovla səmimi söhbət edir, mövcud vəziyyəti onun diqqətinə çatdırır. Təbii ki, sürücü onun fikriylə razılaşır və stasionar postdakı bulağa sarı addımlayır. Əl-üzünü soyuq su ilə yuyandan sonra rahatlanır. Deyir ki, kim bu şəraiti bizim üçün yaradıbsa, Allah onlardan razı olsun. Əlbəttə, bu cür isti havalarda mənzilbaşına kondisionersiz maşında getmək olduqca çətindir. Üstəlik də avtomobili idarə etmək və təkhlükəsiz mənzilbaşına çatmaq o qədər də asan deyil. Çünki son vaxtlar respublikanın avtomobil yollarında bir neçə sürücünün yuxulaması nəticəsində ağır qəzalar baş verib. Və bu ağır qəzalar zamanı ölənlər və xəsartalanlar olub.


Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov isti havalarla bağlı tağımın qarşısında duran vəzifələrdən danışdı. Dedi ki, hələ yay gəlməyib, ayın 22-dən sonra havalar daha da isti keçəcək. Ona görə də əməkdaşlarımız Bakı-Quba avtomobil yolunun hər iki stasionar postunda sutkanın 24 saatını gərgin işləyir, isti havalarla bağlı sürücüləri maarifləndirirlər. Bu cür tədbirlərin mütəmadi keçirilməsi istər-istəməz mövcud problemlərin vaxtında aradan qaldırılmasına böyük təkan verir. Üstəlik də sürücülərlə məsuıiyyətli olmalı, sükan arxasında 8 saatdan artıq əyləşməməli, çalışıb isti havalarda kondisionersiz avtomobilləri idarə etməlidirlər. Əgər avtomobilin, yaxud da avtobusun və mikroavtobusun kondisioneri yoxdusa, uzaq məsafəyə gedərkən iki sürücü sükan arxasında əyləşməlidi, biri yorulanda digəri onu əvəz etməlidir.

Havalar get-gedə daha da istiləşir. Bir azdan sonra ölkə ərazisində havanın temperaturu müsbət 40 dərəcəyə çatacaq və onu keçəcək. Bax, havaların belə isti keçdiyi günlərdə tək yol polisi deyil, sürücülər də özləri ilə apardıqları sərnişinlərin taleyi haqqında ciddi fikirləşməlidirlər.


Bu cür isti havalarda kondisionersiz maşını idarə edən sürücü hər an yuxulaya bilər və qəzalar törədər. Bunun qarşısını almaq üçün isə sadəcə sürücülər və hərəkət iştirakçıları yol polisinin xəbərdarlıqlarına və tövsiyələrinə əməl etməlidirlər.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Rasim Əliyev – 1-ci tağımın baş inspektoru, polis baş leytenantı; Anar Hümmətov – 1-ci tağımın inspektoru, polis baş serjantı; Adil İSMAYILOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin Əsədov- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslam CƏFƏROV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı



İmza:

“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

Gəncədə antisanitar şəraitdə olan toyuq emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Coğrafiya İnstitutu - Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb

Faiq QİSMƏTOĞLU: O AĞACLAR...

Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib

FHN: Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir

Valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb

Bakıda Əbu Bəkr məscidinin açılması nəzərdə tutulur

Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi

Məcburi köçkünlərin “Qobu Park-2”yə yerləşdirilməsi başa çatıb

SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK