adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Iyun 2019 13:14
6290
HADİSƏ
A- A+

Bakıda qadını şəkillərilə şantaj edən kişi tutuldu

İyunun 16-da Qaradağ RPİ-yə ərizə ilə müraciət edən Bakı şəhər sakini olan qadın 2015-ci ildən cari il iyun ayının 16-dək olan müddətdə paytaxt sakini olan tanışının onun fotoşəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 4000 manat pulunu almasını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Həmidov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Qaradağ RPİ-də araşdırma aparılır.