adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Iyun 2019 13:12
7584
HADİSƏ
A- A+

Bakı-Qazax yolunda 3 hindistanlı ölüb - DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

İyunun 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci km-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi "Toyota Prado” markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi "Ford” markalı mikroavtobusa vurub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, zərbədən "Ford” markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb.

Nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə "Toyota Prado”dakısərnişin, Bakı şəhər sakini Q.İbrahimova xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.