hacklink Adalet.az | Etibar Əliyev: Mən Şahlar Əsgərovu necə tanıyıram? Adalet.az | Etibar Əliyev: Mən Şahlar Əsgərovu necə tanıyıram? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Etibar Əliyev: Mən Şahlar Əsgərovu necə tanıyıram?

5145    |   2019-06-18 12:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyun ayının 15-də müəllimim professor Şahlar Əsəgərovun 78 yaşı tamam olur. Şahlar müəllim bizə ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) fizikanı öyrədib. O vaxtlar yetişən fiziklər ordusunda onun böyük əməyi var. Bunu heç kim inkar edə bilməz. Böyük fizik, Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri yadıma düşdü: "Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur”. Bu mənada müəllimimiz həm də yaxşı filosof kimi qiymətləndirilir. Bizim tanıdığımız alimlərimizdən çoxu öz sahələrində külüng çalmaqla kifayətləniblər. Ancaq Şahlar müəllim fizikanın tədrisi ilə yanaşı, həm də təhsil məsələləri ilə dərindən məşğul olur.

Mən Şahlar Əsgərovu necə tanıyıram? Böyük fizik alim kimimi? Əməkdar elm xadimi, professor kimimi? İctimai xadim kimimi? Ağsaqqal bir dost və himayədar kimimi? Müəllimim kimimi? Təhsil eksperti kimimi? Bu suallara birmənalı cavab vermək çətindir. Müəllimim Şahlar Əsgərov iti rasional düşüncəyə, analitik təhlil qabiliyyətinə malik olan bir alimdir. Müəllimim Şahlar Əsgərov əqidəsində möhkəm, siyasi mövqeyində sabit adamdır. Şahlar müəllim hansısa hadisənin məntiqi təhlilini emosional fonla birləşdirə bilir. Bu keyfiyyət sağlam düşüncənin məhsuludur. Şahlar Əsgərov ən rasional elmi təmsil etsə də təfəkkür tərzinə görə intellektualdır. Mən onu həmişə öyrənən görmüşəm. Hər hansı tədbirdə istənilən məsələ barədə söhbət gedəndə ən orijinal fikiri Şahlar müəllim söyləyir. Bu məni tələbəsi kimi çox sevindirir. Yeri gəlmişkən, onun böyüklüyünü sübut edən bir faktı da deyim: Tələbələrindən nəyisə öyrənməsindən qürur duyur. Bu alimə xas olan mühüm keyfiyyətlərdən biridir.


Onun "Kamilləşən düşüncə” adlı fundamental əsərini "Düşüncənin fəlsəfəsi” də adlandırmaq olar.

Əsl alimin bir əlaməti də özünü dərki ilə yanaşı, özünə sevgisi, özünə hörmətidir. Daha doğrusu, insanlığa sevgi və hörmət şəxsi nümunənin prizmasından keçməlidir. Şahlar müəllim başqalarına hörmətlə yanaşmağı bacardığı kimi, özünə hörmət etdirməyi də bacarır. Onun səmimiyyəti istər-istəməz həmsöhbətini də səmimi olmağa vadar edir.

Müəllimim professor Şahlar Əsgərova uzun ömür, can sağlığı arzulayıram.

Etibar Əliyev, təhsil eksperti


İmza:

Gəncədə 10 mindən artıq ağac əkilib

Dünyanın ən dəyərli şirkəti Aramco oldu

Əli Əhmədov : Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Deputat - Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq

Əli Əhmədov : YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək

"Taliban" polis məntəqəsinə hücum etdi - 10 ölü

Mikayıl Cabbarov - 2020-ci Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq

Əhalinin təbii artımı azalır

Dünya Bankının missiyası ilə bağlı müzakirələr aparılıb

Azərbaycan və Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensial varb

Nazir : Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır

Bakıda sənaye məhsulları və xidmətlərinin dəyəri 32 milyard manatdan çox olub

SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK