viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azərbaycan xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir Adalet.az | Azərbaycan xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Azərbaycan xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir

14024    |   2019-06-18 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

11 - 15 iyun il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Bakı şəhəri və Ağdam rayonunda "Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi uğurla icra olunub.

Layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri haqqında məlumatlılığının artırılması, mədəniyyətimizin bu sahəsinin təbliğinə və yaşadılmasına, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfə verilməsi, bu sənət sahəsinə marağı olan istedadlı yeniyetmə və gənclərin aşkar olunmasına kömək etmək olub.

Layihə çərçivəsində keçirilən seminarlar vasitəsilə yeniyetmə və gənclərə Azərbaycan xalçaçılıq sənətinin tarixi, inkişaf yolu və bugünkü vəziyyəti haqqında, Azərbaycan Xalçaçılıq məktəbləri və bu məktəblərə məxsus xalçaların özünəməxsus naxışları, ornamentləri və mənaları, toxunma texnikaları haqqında faydalı məlumatlar verilib. Seminarlarda layihə çərçivəsində DVD formatında xüsusi hazırlanmış "Azərbaycan Xalçaçılıq məktəbləri” infovideo - videoçarxından istifadə edilib, məlumatlar gənclərə interaktiv formada çatdırılıb.

Seminarlarla yanaşı layihədə iştirak edən gənclərlə birlikdə Azərbaycan Xalça Muzeyinə, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialına ekspozisiyalarla və istehsalat prosesi ilə əyani tanışlıq üçün ekskursiyalar təşkil olunub. Ekskursiyalar zamanı bələdçilər tərəfindən muzeydə sərgilənən Azərbaycan xalçalarının tarixi, onların tərtibatı və növü haqqında gənclərə dəyərli məlumatlar verilib, həmçinin gənclər boyaqçılıq, bədii tərtibat, toxuculuq və bərpa emalatxanalarında olmuş və xalçaların istehsal prosesini yaxından görmək fürsəti əldə ediblər.

Layihə iştirakçılarına "Azərbaycan Xalçaçılıq məktəbləri” mövzusunda hazırlanmış buklet, infovideo DVD disk və digər nəşr – poliqrafiya məhsulları paylanıb.




İmza:
SON XƏBƏRLƏR
2019-07-24
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK