adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Iyun 2019 09:49
26992
KRİMİNAL
A- A+

Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir

Gürcüstann Daxili İşlər Nazirliyi Azərbaycan tərəfindən İnterpolun "qırmızı xətti” vasitəsilə axtarışa verilmiş Aftandil Məmmədovun saxlanılması barədə məlumat verib.

Bu barədə Gürcüstan DİN-in məlumatında bildirilir: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə görə, Aftandil Məmmədov dəfələrlə dələduzluq etməkdə ittiham olunur və bu maddə ilə "qırmızı xətlə” axtarışa verilib”.

DİN-də qeyd ediblər ki, Məmmədov hələlik Gürcüstandadır, lakin ekstradisiya proseduru keçildikdən sonra Azərbaycana göndərilə bilər.

Aftandil Məmmədovun saxlanılması barədə məlumatı ilk olaraq Marneuli şəhərinin yerli "Marneuli” radiosu saxlanılanın qohumlarına istinadən verib. Qeyd olunur ki, Məmmədov siyasi sığınacaq sorğusuna cavab gözlədiyi üçün Gürcüstanda olub. Bu məsələ üzrə məhkəmənin növbəti iclası iyunun 21-də keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə də Gürcüstanın xüsusi xidmət orqanları Azərbaycana siyasi ekstremistləri təhvil vermişdilər, yerdə qalanları isə ölkədən qovulmuşdu.