adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Iyun 2019 16:22
12675
MƏMLƏKƏT
A- A+

Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi

AzərbaycanınBirinci vitse-prezidenti,Heydər ƏliyevFondunun prezidentiMehriban Əliyevanınadından mərhumHəlimə Əliyevanınailəsinə başsağlığı verilib.

Heydər Əliyev Fondu mərhum eks-prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın yas mərasiminin bütün xərclərini öz üzərinə götürüb.

Mərhum Həlimə xanımın qardaşı Mirmövsüm MahmudovModern.az-a açıqlamasında Əbülfəz Elçibəyin ailəsi adından birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

"Rəhmətlik bacım Paşayevlər ailəsi ilə yaxın idi. Paşayevlər ailəsi yaxşı ailədir. Burdan Mehriban Əliyevaya dəstək və yardımları üçün öz minnətdarlığımı bildirirəm. Allah ölənlərinə rəhmət eləsin”.

Qeyd edək ki, Həlimə Əliyeva ötən gün Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib. O, bu gün Ordubad rayonunun Kələki kəndində dəfn edilib.