Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MUSİQİ ÜNVANLI VƏTƏN Adalet.az | MUSİQİ ÜNVANLI VƏTƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

MUSİQİ ÜNVANLI VƏTƏN

27069    |   2019-06-14 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan mədəniyyətini zənginliyi, rəngarəngliyi danılmaz bir gerçəklikdi. Bu gerçəkliyi özümüz bir millət, bir xalq olaraq qəbul etdiyimiz kimi, dünya xalqları da birmənalı və anlayışlı şəkildə qəbul edir. Bunun da səbəbi odur ki, musiqinin, mədəniyyətin öz dili var. Bu dili də hər kəs anlayır.

Digər tərəfdən musiqi, mədəniyyət işçiləri, xadimləri, ümumiyyətlə, bu sahə ilə məşğul olan insanların böyük əksəriyyəti özlərini sübut etmiş, tanıtmış şəxsləri, sənətkarlardı. Ona görə də mədəniyyətimizin, musiqimizin çiçəklənməsi zaman-zaman öz axarı ilə davam edib və edir...

Bu günlərdə yolum Şəkiyə düşmüşdü. Bu

rada gördüyüm mənzərə, şahidi olduğum anlar məni təəssüratımı oxucularla bölüşməyə vadar etdi. Gördüm ki, həmsöhbət olduğum insan sənətinin aşiqidir, vurğunudur. Onun üçün söz və musiqi bir vəhdətlik təşkil edir. Ona görə də fikirlərini bölüşməsi insana bir musiqi həzinliyi bağışlayır. Tarı sinəsinə qaldıranda isə barmaqların yerinə sanki ruhu toxunur simlərə, ürəyini görürsən musiqidə bu ifaçının. Və hiss edirsən ki, o musiqi səni öz ağuşuna alır.

İlk dəfə gördüyüm bu insan musiqi məktəbinin direktorudur. Amma onun iş otağı daha çox tar müəlliminin, tarla bu dünyaya nüfuz etməyin qüdrətində olan bir yaradıcı insanın guşəsinə bənzəyir. Otaqda çoxlu mükafatlar, tərifnamələr, fəxri fərmanlar asılıb divardan. Necə deyərlər, hər tərəf bir məktəb direktorunun, bir tar müəlliminin əməyinin bəhrəsinə verilən hədiyyə və mükafatlarla bəzənibdi. Məlum olduğu kimi, bu gün vizual olaraq görüntünü dəyişmək, yeniləmək mümkündür. Hətta indi insanlarda orqan köçürmələrini də reallaşdırırlar. Ancaq bu insanın zövqünü, özünəməxsus cəhətlərini heç vaxt dəyişməyə səbəb ola bilmir. Bu mənada həmsöhbət olduğum İbrahim müəllim məktəb direktoru kimi nə qədər ciddi, yaradıcı, idarəetmək qabiliyyətli rəsmi şəxsdirsə, bir o qədər də tar müəllimi kimi avanqarddır. Onun simlərlə söhbəti insanı özündən alıb aparmaq, öz təsir dairəsinə, salmaq gücünə qadirdir.

Elə burda da xatırladım ki, İbrahim müəllim ziyalı ailəsində doğulub. Atası Allahyar kişi mühasib, anası Səmayə xanım müəllimə işləyib. Ona görə də bu ailədə elmə, mədəniyyətə, ədəbiyyata, maarifçiliyə həmişə önəm verilib. Məhz bu önəmin, bu diqqət və sayğının nəticəsində İbrahim Rəsulov həyatını bağladığı musiqinin qanadlarında uğurlara doğru yüksəlib. Onun bu yüksəlişində musuqu təhsili aldığı orta və ali məktəblərində böyük rolu olubdu. Heç də təsadüfi deyil ki, İbrahim Rəsulova konservatoriyada "Şərəf" ordenli Allahverdi Paşayev dərs verib. Onun tar sinifinin məzunu olubdu. Məhz ustad sənətkarlardan aldığı dərslərin nəticəsində İbrahim Rəsulov özünü təsdiq edib, öz yolunu, öz dəsti-xəttini seçib.

Bu gün Şəkidəki 4 saylı musiqi məktəbinin direktoru vəzifəsində çalışan İbrahim Rəsulov təkcə Şəkidə deyil, həm də yaxın bölgələrdə də təcrübəli, peşəkar musiqiçi kimi tanınır. Onun rəhbəri olduğu məktəbin şagir və yetirmələri Ağdam, Balakən, Zaqatala, Göyçay rayonlarından etdikləri musiqili səfərlərdə həmuşı alqışlarla qarşılanıblar. Məktəbin xor kollektivi keçirilən bütün tədbirlərdə alqışlarla səhnəni tərk edib. Ümumiyyətlə, İbrahim müəllim işlədiyi bütün kollektivlərdə ciddiliyi və tələbkarlığı ilə seçildiyi kimi, müəllim və pedaqoji kollektivlə ünsiyyət qurmağı da mükəmməl bacarıb. Adətən musiqi məktəblərində daha çox xanım müəllimlər işləyirlər. Belə bir zərif cinsin əhatəsində işləmək, onların hörmətini qazanmaq heç də asan deyil. Bütün bu qazanılan uğurlar İbrahim müəllimin şəxsi uğurlarına da təkan veribdi. O, Avropa Şurasının konfransında "Mədəniyyətlərarası dialoq" elmi-praktik mövzuda çıxış edərək hər kəsin diqqətini mövzuya yönəldə bilmişdi. Həmçinin Azərbaycanın hüdudlarından kənarda keçirilən tədbirlərdə də 4 saylı musiqi məktəbinin kollektivi seçilibdi. Bu kollektivin uğurlarını ölkənin mədəniyyət naziri Əbülfəs Qarayev, eləcə də elmi-metodik mərkəzin sədri A.Usubəliyev, həmçinin Şəki Regional Mədəniyyət İdarəsini rəisi M.Zeynalova da dəfələrlə yüksək qiymətləndiribdi.

Bütün bunlar bir pedaqoqun, bir musiqi cəfakeşin və bir rəhbər işçinin həyat yoluna kiçik bir baxışdı. Bu yol və bu uğurlar hələ davam edəcək və Şəki 4 nömrəli musiqi məktəbinin sorağı daha uzaqlardan gələcəkdir.


Aytən VƏTƏN

Şairə



İmza:
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK