adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Iyun 2019 17:45
12119
GÜNDƏM
A- A+

İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında dəyişiklik edilməsi və "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Adalet.az fərmanın mətnini təqdim edir:

1. "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 180) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə "hissəsində” sözündən sonra "və 9-cu maddəsinin 3-cü hissəsində” sözləri əlavə edilsin;

1.2. 2.5-ci bənddə "və 3-cü hissələrində” sözləri "hissəsində” sözü ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu nəzərdə tutulur;”.

2. "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12 (II kitab), maddə 718; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) ləğv edilsin.