adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Iyun 2019 17:17
5718
HADİSƏ
A- A+

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Bu günBakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlüAllahverdiyeva Rübabəvə onun qızı, 1990-cı il təvəllüdlüMahmudova Xədicəözlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizaları təyin edilib və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.