deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bakıda Türk Yeməkləri Festivalı keçirilir Adalet.az | Bakıda Türk Yeməkləri Festivalı keçirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bakıda Türk Yeməkləri Festivalı keçirilir

15773    |   2019-06-14 16:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 8-dən 16-dək Türkiyənin Azərbaycandakı Səfirliyi və Türk Hava Yollarının dəstəyi ilə Bakının Fairmont otelində yerləşən Alov restoranında Türk Yeməkləri Festivalı keçirilir.

Türkiyə Səfirliyinin Mədəniyyət və Təbliğat Müşavirliyindən verilən məlumata görə, Fairmont Quasar İstanbul otelində yerləşən Aila restoranının aşbazları bir həftə ərzində festivalın xüsusi qonaqlarına Anadolu yeməklərini həqiqi İstanbul ləzzəti və Osmanlı kulinariya mədəniyyətinin vəhdətində təqdim edirlər.

İyunun 13-də festivalın qonaqları media nümayəndələri olub.

Qonaqları salamlayan Türkiyə Səfirliyinin Mədəniyyət və Təbliğat Müşaviri İrfan Çiftçi qeyd edib ki, tədbir Türkiyə turizminin yeni təbliğat meyarlarına uyğun olaraq keçirilir. Məqsəd Türk kulinariya mədəniyyəti, Osmanlı mətbəxini Azərbaycanda daha yüksək səviyyədə tanıtmaqdır.

Aila restoranının aşbazı Əmrə İnanır festival ərzində qonaqlara zəngin Osmanlı mətbəxinə aid təamları yeni yanaşmada, daha müasir ovqatda təqdim etdiklərini deyib.

Fairmont otelinin PR və Marketinq meneceri Zümrüd İsmayılova isə qeyd edib ki, indiyədək müxtəlif ölkələrin mətbəxlərinə aid festivallara ev sahibliyi ediblər. O, bu xüsusda Türkiyə Səfirliyi ilə belə bir tədbir keçirdikləri üçün şad olduqlarını bildirib.

Z.İsmayılova Alov restoranında qədim və zəngin Osmanlı mətbəxinə həsr olunmuş tədbirin otelin qonaqları tərəfindən də böyük maraqla qarşılandığını deyib.

Türk "ocakbaşı” qril, eyni zamanda ənənəvi "mezze” tərzində, ən yaxşı, yerli inqredientlərdən hazırlanan yeməklər Alov restoranında qonaqların qarşısında bişirilir. Mezzelər və digər ənənəvi Türk qəlyanaltıları aşbazların xüsusi yanaşması ilə unikal və əyləncəli yemək təcrübəsini təmin edir.

Festival çərçivəsində Türkiyə mətbəxinə həsr olunmuş sərgi keçirilir. Qonaqlar müxtəlif ləziz təamların hazırlanması qaydaları ilə tanış olmaq imkanı əldə edirlər.

Qeyd edək ki, türkiyəli aşbazlar məharətlərini festivalın son günündə - 16 iyun tarixində baş tutacaq eksklüziv İstanbul brançında ən yüksək səviyyədə çatdıracaqlar.

Türkiyənin mezze və ocakbaşı mədəniyyətini xüsusi ab-havada təqdim edən Aila restoranı, İstanbulun məşhur Ədəva Bazarından əldə etdikləri rəngarəng ədviyyatlardan ibarət Ədəva Kitabxanasına malikdir. 120-dən çox ədviyyatı ehtiva edən Ədəva Kitabxanasında Aila restoranında yaradılan 20-dən çox xüsusi ədviyyat da mövcuddur.




İmza:
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK