adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyun 2019 15:37
19333
ƏDƏBİYYAT
A- A+

GÖYDƏRİLİ LAL

Gözümü dünyaya açandan görmüşəm ki, yaz-yay aylarında el-elat, kəndin mal-qarası yaylaqlara köç eləyir, bir də payızın sonunda geri, arana dönürdü. Mənim valideynlərim də eyni sözü deyirdilər, yəni bu dədə-babadan beləydi. Hələ nağıl eləyirdilər ki, əvvəllər varlıların məxsusi yaylaqları olub. Sonralar o məxsusi yerləri hökümət imkanlıların əlindən alıb və kolxozun ixtiyarına verib. Kəndin mal-davarı qışlaqda qışlayırdı. Atamın işiylə əlaqəli olaraq bizim də mal-qaramız kəndinkilərlə qarışıq, yəni bir yerdə olurdu. El yaylaqdan dönəndə atam heyvanlarımızı qışlaqda qoymuşdu həmişəki kimi. Sadəcə sağılan və bala gözləyən inəkləri həyətimizə gətirmişdi. Həmişə çox səbsizliklə gözləyirdik yeni doğulan balaları. Nə rəngdə olduğuna, necə göründüyünə hədsiz maraq göstərirdik. Heç hələ doğulmadan onlara ad seçirdik. Hamı istəyirdi ki, onun seçdiyi ad bəyənilsin. Ona görə çox düşünürdük. Hələ indiyə qədər mənim seçimim bəyənilməmişdi. Bu dəfə də öz niyyətimi söylədim. Atam söz verdi, hər şey yaxşı olsa, buzovun adını mən qoyacaqdım. Sevinirdim. Nəhayət məni də ciddi qəbul etmişdilər. Günləri sayırdım. Atamın təxmininə görə bir aydan sonra inəyimizin balası olacaqdı. Uşaq ki, uşaq. Elə bilirdim nəsə möcüzə baş verəcək. Az qala hər gün atamdan bu barədə soruşurdum. O da məni səbrlə başa salırdı ki, hələ tezdi. Gözləmək lazımdı.

Sakitləşirdim, bilirdim ki, əgər atam söz veribsə, bu iş mütləq baş tutacaq. Çünki, o heç vaxt uşağa yalan söz söyləməzdi, verdiyi sözü tuturdu. Elə bilirdim adın qoyduğuma görə seçdiyim bala ən qəşəng buzov olacaq. Tayı-bərabəri olmayan buzov. Lap nağıllar aləmində olduğu kimi. Hər dəfə inəyin nə zaman balalayacağını soruşanda atamla anam bir-birlərinə baxıb gülümsəyirlər. Niyəliyini bilmirdim. Yadıma salıram, hətta yuxularımda da o balaca, qəşəng buzovu görür, sığallayır, məömər kimi yumçaq tüklərindən öpürdüm.

Atam, necə ki, kənddə deyirlər, heyvan xəstəsi idi. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm. Ancaq tək onu bilirəm ki, evə gələn kimibirinci heyvanların vəziyyətini soruşurdu. Yem verilib verilmədiyini, suvarılıb-suvarılmadığınıətraflı öyrənirdi. Hər gün itlər üçün yal hazırlatdırır,yemək də bişitdirirdi. Heç də asan olmayan bu işi növbəylə biz icra edirdik. Anam əsəbləşirdi:

- Sən evə gələndə birinci heyvanları soruşursan. Bir dəfə də uşaqlarını soruş, bizimlə maraqlan.

Atam hər dəfə belə söhbət araya düşəndə anamı sakitləşdirməyə çalışırdı, gülümsəyərək:

-Ay Mələk, uşaqlar acanda dilləri var, yemək istəyirlər. Başlarının üstündə anaları var, - deyirdi.- Axı heyvanların dili yoxdu. Deyinmə,Allaha ağır gedər...

Anam inadından əl çəkmirdi:

-Sən çox yaxşi bilirsən ki, biz onların yemini, suyunu vaxtında veririk. Guya bizim qəlbimiz yoxdu belə çıxır?

-Mələk, sənin ifallı olduğunu bilirəm. Özümdən asılı deyil. Bilirsən...

O qədər xoşuma gəlirdi atamın anamı belə yumşaq dillə sakitləşdirməyi. Ümumiyyətlə, valideynlərim mehriban dolanırdılar. Nadir hallarda bir-birindən inciyərdilər. Mənə belə gəlirdi. Atam təbiətən çox sakit və mehriban insan idi. Hər şeydən ötəri özündən çıxmazdı. Bizə öyüd-nəsihət verəndə bunu tövsiyəsi bu olurdu:

- Hər deqiqə, yerli-yersiz əsəbləşməyin. Sözü düşünüb danışın.Dözümünüz olsun. Səbr ən gözəl şeydi. İnsanın başına nə gəlirsə qursağının darlığı səbəbindən gəlir, yadınızda qalsın!

Ömrü boyu onun dilindən çıxan sözləri xatırlayıram. Onun nəsihətləri hər zaman dadıma çatır. O mərhəmətli, misilsiz insandi. İndiyə qədər atam təbiətdə adam görməmişəm. Yəqin ki, görməyəcəm, sadə, dininə, elinə-obasına bağlı ikinci birisinə rast gəlməyəcəm yəqin ki. Bu doğrudanda belədi. Onun dediklərini həmişə xatırlayıram.

Elat yaylağa çıxmazdan bir ay əvvəlinəyimiz doğdu. Atam necə ki, söz vermişdi buzovun adını mən qoydum. "Qartal” adı verdim. Ancaq həmin gecə atamın heç keyfi idi. Nə olduğunu bilmirdim. Düşünürdüm, bəlkə yaxşı ad seçməmişəm buzova. Sən demə, bu səbəb başqaymış. Yemək süfrəsi yiğişandan sonra atamnan anamın söhbətindən bəlli oldu ki, buzov lal doğulub. Dilxor oldum. Hətta ağladım. Hətta, inanmadım. Axı, onlar bir günlük körpənin lallığını necə, hansı yolla müəyyən ediblər? Bu nə sözdü?

Atam məni sakitləşdirdi.

-Niyə ağlayır mənim gözəl qızım?- Nə üçün mənim buzovum laldı?

Atam gülümsədi:

- Sən bunun çəkdiyi dərdə bax. Dinlə, ağıllı balam, heyvanların lal olması o qədər də müşkül iş deyil. Fikir eləmə. Hələ sən bax gör onun necə qəribə rəngi var. Göm-göydü dərisinin rəngi. Nuhda-əyyamda belə fasonda heyvan doğula, ya doğulmaya.

Həmən il maldarlar dağa lap erkən çıxmışdılar.Təbii ki, məni də, Qartalı da aparmışdılar yaylağa. Yazıq heyvanın lal doğulması heç ağlımdan çıxmırdı. Elə hey öz-özumə düşünürdüm, heyvan necə lal ola bilər? Qərara aldım ki,bunun səbəbini, sirrini atamdan təkrar soruşum. Bir axşam hamı alaçığa yığışanda atamdan soruşdum:

-Ata, sən nədən bilirsən ki, Qartal laldı?

-Bir halda ki, bu fikri beynindən çıxara bilmlirsən, deyim, yadında qalsın. Bax, qızım, normal insan doğulanda qışqırtıyla ağlayır ha, heyvan da doğulanda gərək mələyə. Əgər mələmirsə, deməli nəsə qaydasında deyil.

-Qartal mələmədi?

-Yox. İndiyə qədər də fikir verirəm, heç zaman səsini çıxarmır. Dinməzcə gəzib-dolaşır.Heyvanların arasında çölə-bayıra gedir, amma onlara da çox qaynayıb qarışmır.

-Demək o yalnız qalacaq?

-Fikir çəkmə , ay bala.

Bu söhbətdən sonra gözümü Qartaldan ayırmadım. Hər addımını, otlamasını izləyirdim.

Bəzən anam hirslənirdi:

-Nə deyim sənə, ay Yusif, hardan buna dedi buzov laldı. Uşaq əməlli başlı fikir eləyir. Bircə bu çatmırdı. Ay qızım, bütün günü bu heyvanların dalınca düşüb nə gəzirsən?

-İstəyirəm öyrənim görüm lal buzov nə edir?

-Bax, Mədinə, yadında qalsın. O nə sənə bir söz deyəcək , nə də sən bir şey öyrənəcəksən... Sadəcə o mələmir. Biz də heyvanlar aləmindən bir şey bilmirik. Atandan savayı. Dağ yeridi. Hava sərindi. Gəl çadıra. Soyuqlayarsan.

-Yaxşı, ana. Gələcəm.

Ancaq anamdan xəlvət yenə hər gün Qartalı izləyirdim. Nə edir, necə ortalayır. Doğurdan da atamın dedikləri doğruydu? Heyvanlardan aralı tək-tənhaotlayırdı. Yazığım gəlirdi ona. Deməli, heyvanların da dili olurmuş. Onlar bir-biriylə öz aralarında danışırlar. Söhbət edirlər. Amma, yazıq Qartal bütün bunlardan mərhumdu. Gör bilmədiyimiz nə qədər sirrlər var dünyada. Bəzən gözəl çiçəkləri, yumuşaq otları qırıb ona vermək istəyirdim. Sakitcə baxırdı mənə. Əlimdən alıb yeyirdi. Sonra da iyiləyirdi məni. Fürsət tapan kimi siğallayırdım onu. Tərpənmirdi yerindən. Bir gün anam mənim bu davranışlarıma görə atama şikayət elədi:

-Allah sənə kömək olsun, ay Yusif, hardan bu qıza dedin o dananın lal olduğunu. Bütün günü onun arxasınca düşüb çölləri dolaşır. Dağ başıdı. Hava da ki, sərindi.

Atam gülümsədi:

-Mənim mərhəmətli balam. Sən ona nə edə bilərsən? O özü otlayır bütün heyvanlar kimi. Hər yer-yurd otdu. Ananın sözündən çıxma. Buralardan uzaqlaşma. Yuxarılarda çaqqal, canavar olur. Bəzən bu yerlərdə ayı da görünür. Ananın yanından uzaqlaşma. Eşidirsən?

-Yaxşi ,ata, heç yerə getmərəm.

-Bax belə. Ağıllım mənim. Ananı da eşit. Onun sözundən çıxma.

-Yaxşı ,ata.

Bir gecə heyvanlar arxaca dönəndən sonra atam nədənsə yenə dilxor idi. Səbəbini bilmirdim. Ancaq evə gəlib əl fənərini götürdü. Sonra çobanlarla harasa getdilər. Mələ blə gəldi ki, hansısa heyvan örüşdən qayıtmayıb. Çünkü həmişə belə olanda obadan hamı yığışıb axtarmağa gedirdi itən heyvanı. Özümə yer tapmırdım. Anam da bizə heçnə demirdi.

-Yeməyinizi yeyin, durun yatın.

Özümü tuta bilmədim:

-Ana, bəs atam hanı?

-Atan gələcək. Neyləyirsən atanı? İşi-gücü var adamın. Uşaqsan öz işinlə məşqul ol.

Anamın da keyfi olmadığinı hiss etdim.

-Hara getdilər bəs? Hər yer də qaranlıqdı.Niyə fanarları götürdülər?

-Sənin sualların qurtarmaz. Ay qız, kolxoz sədrisən, ya ferma müdiri? Nə bilim. Qayıdarlar indi. Yıxıl yat. Dağın soyuq gecesində niyə oturmusan? Qorovul çəkirsən çadıra?

Bu o demək idi ki, sual vermə. Mənim keyfim nə deyir, səninki nə deyir. Əlacım yoxdu. Yorğanımın altına girdim. Amma, gözümə yuxu getrmirdi. Düşündüm ki , özümü yuxuya getmiş kimi göstərim. Atam evə dönəndə, hara getdiyini, nəyi axtardıqlarını mütləq anama danışacaq. O həmişə belə edirdi. Onda öyrənərəm. Səhərə yaxın qayıtdılar. Çöldə çobanların səs-küyü eşidilirdi. Atam alaciqa girib oturdu. Anam həmən sorğu-suala başıadi:

-Nə oldu, ay Yusif, tapa bildinizmi düyəni?

-Hə. Allaha şükür! Nə danışırsan, mən onsuz dönərdim heç? Gözumə yuxu getməzdi inan. İlan vuran yatardı, mən yatmazdım.

-Bəs, harda ilişib qalıbmış külbaş?

Öz-özumə düşünürdüm ki, görəsən hansı heyvandan danışırlar? Atam məni dardan qurtardı:

-İnanmazsan, Mələk, düşüb bir xəndəyə. Görünür yurd yeriymiş. Kimsə nə üçünsə qazıbımış. Köçüb gediblər.Yəqin, gecə örüşdən qayıdanda, heyvandıda, düşüb ora. Ha çalişib, hərəkət edib çıxa bilməyib. Əldən düşüb. Ürəyim partlayırdı. Lal heyvandı. Nə mələyir, nə səsini çıxarır. Əldən-ayaqdan düşdü çobanlar da. Amma, sag olsunlar, məni tək qoymadılar axıra qədər.

Ağlamaq məni tutdu. Deməli, Qartal imiş itən. Ona görə anam mənə heçnə deməyib. Pis olacağımdan qorxub.

-Ay Yusif, bəs Allah eləmiş kimi, necə tapdınız yazıq heyvanı?

-O qədər çağırdıq ki. Hərənin əlində bir fanar. Günüz haralarda mal-heyvan olubsa, oraları ələk-vələk elədik. İnanmazsan qarış-qarış gəzdik. Mən elə adıyla çağırırdım.Deyəcəm, ancaq inanmayacaqsan. Eyni yerdə durub bəlkə əlli dəfə "Qartal” deyə bağırdım. Tək bir dəfə mələdi.

Anam özünü saxlamayıb ağladı.

-İlahi!

Atamda da kövrəlmişdi:

- İnanmadım kı, ömründə bircə dəfə də doğulandan mələməyən düyə mənim çağırışlarıma dözə bilmədi. Vallah, bəlkə də heç kim inanmaz buna. Bir movcüzə baş verdi, Mələk. Onu xəndəkdən çıxarandan sonra nə qədər məni yaladı. Qoxuladı. Gərək bunu görəydin. Özümü saxlaya bilmədim. Ağladım. Bilirsən, hansısa başqa heyvan olsaydı bəlkə də bu qədər təsir etməzdi. Onun lal olması məni çox üzür. Aralaşmırdı məndən. Güclə gətirmişik qapıya.

Anam göz yaşlarını silə-silə dedi:

-Yusif, O sənə çox isinişib, ondandı. Gör heyvan nə qədər etibarlıdı. Allah, böyüklüyünə şükür!

Atamın boğazını qəhər tutmuşdu. Danişa bilmirdi.

-Yusif, ayağı-zadı qırılmayıb?

-Yox , çox şükür!

Yata bilmirdim. Göz yaşlarım selə-suya donmuşdu. Həm sevinirdim onu tapdıqları üçün, həm də Qartalın lal olması, belə əziyyətlər cəkməsi məni üzürdü. Atamin danişığından da bilirdim ki, heç nə ona kömək edə bilməz.

Dağların əvəzedilməzliyi məni özumdən alıb apardı. Həmişə fikirləşirdim görəsən Tanrı niyə bütün vüqarı , əsrarəngiz gözəllikləri dağlara verib?

Nə heyran dayanıb ulduzlar yenə

Zirvəli dağlarda gözümü vardı?

Ah, niyə ayrıdı zirvə-zirvədən

Bu yerdə həsrətin özümü vardı?

Getdi Koroğlusu dönmədi geri

Hər dərə qəlbiində bir yara yeri

Kimsəyə açmadı bu böyük sirri

Dağların nə böyük dözümü vardı!

Gözəllik bu yeri oylaq eylədi,

Hər gələn hüsnünə alqış söylədi,

Ovçunun qəlbində yara göynədi,

Cığırda ceyranın izimi vardı?

Qoşa bulaqların sızlayır, axır,

Bənövşən sonama nə süzgün baxır,

Çəmənlər telinə lalələr taxır,

Ulduza deyəsi sözümü vardı?

Oturub lal-dinmaz saatlarla axan bulaqlara, rəngarəng çiçəklərə, lalələrə tamaşa edirdim. Kəklikotunu dərib acgözlüklə qoxluyurdum və fikirləşirdim ki, görəsən elə bir ətir varmı bunu əvəz edə bilsin? Dünyanın bütün biləndərləri, istesalçıları yığıla təkcə bu qoxunu icad edə bilərlərmi? Bu da mənim həyatımda cavabsız qalan suallarımdandı.

Havaların dəyişməsi ilə əlaqəli olaraq yurdları dəyişirdilər fermalar yaylaqlarda. Belə olanda atlar, dəvələr yüklənirdi. Növbə ilə alacıqları başqa səmtə daşıyırdılar. Maşının çıxa bilmədiyi yerlər olduğu üçün ancaq bu yolla daşınırdı evlər. Bizim köçə növbə gələndə köməkləşib nəyimiz vardısa fərməşlərə qavqarıb atlara, dəvələrə yuklədilər. Anam atın birini çəkirdi. Böyük qardaşım başqa bir atı yedəyinə almışdı. Atamsa ən böyük dəvəni aparırdı. Çobanlar da kömək edirdilər. Demək olar ki heyvanlar da bizimlə bərabər gedirdilər. Sürülər otlaya-otlaya obayla köç edirdilər. Dağda elə yerlər vardı ki, dərələrin döşüylə ancaq tək bir cığır gedirdi. İndi o mənzərələri gözümün qabağına gətirəndə ürəyim uçunur. Elə həmin oqorxunc cığırlarla yüklü atlar, dəvələr ötüb gedirdi.

Axşam yağış yağmışdı deyin yer sürüşkəndi. Birdən atamın yedəyindəki dəvənin ayağı büdrədi. O boyda dəvə üzüaşağı yumalandı. Atam bərk-bərk yapışdığı ipi əlindən buraxmayıb heyvanı saxlamağa çalışırdı. Bunu görəndə hamımız qışqırmağa başladıq qorxumuzdan. Çobanlar yuxarıyla gedirdilər. Heç kim dərhal köməyə gələ bilməzdi. Çünki cığırlar elə cərgələnmişdi ki, gərək başa çıxıb həmin yolla geri qayıdaydın. Hamı bir ağızdan atama sarı qışqırırdı:

- Yusif, dəvənin ipini burax. Səni sürükləyib dərəyə aparar. Cəhənnəm olsun hər şey.

Atam heyvana qarşı çox rəhimli olduğunu, onları çox sevdiyini bilirdik. Onagörə o dəvəyəbirşeyolmasınıistəmirdi:

- Mənonuburaxabilmərəm. Bəlkəaşağıdakıdikdirlərədayanıbdurar. Bacım da, qardaşım da, məndəağlayırdıq. Qorxurduqkiatamızabirşeyolar. Anam da durmadandeyirdi:

- Yusif, buraxdəvəninipini. Cəhənnəmolsun o əşyalar. Ölməyiciyik ha. Birtəhərötüşərikbir-ikigünlük. SonragedibBazarçaydanalarsangərəkənləri. Canındanartıqdeyil.

- Mələk, mənimdərdimdəvədi, aşağıdığırlansa, öləcək.

- Ay kişi, sənin o boydadəvəyəgücünçatar? Nədanışırsan,inadetmə. Buraxdəvəninipini.

- …

Hamımızağlayırdıq,atamızabirşeyolacaqdeyə.EləbuanQartalıncığırlaendiyinigördüm. O sərtbirşəkildədəvəyə sarı şığıyıbbuynuzunuheyvanınböyrünədirəməyəçalışdı. Sanki hamıtam çarəsizyerindədonubbusüpürüşməninsonununnecəbitəcəyinigözləyirdi.

- Ay zalımusage,niyədomuşubbaxırsınız? Gözləyirsinizheyvanyumalansındərəyə?Haydı, irəli durum, köməkeləyin!

Atamınbeləhaylanmağıeləbilhamınıyuxudanoyatdı. Çobanlarenibdəvəninyerdənqalxmasınaçalışdılar.Şükürki, heyvanıayağaqaldırabildilər. Dar, çətinkeçidbeş-on addımaralıdaqalandahamıkimiməndəgördümki,Qartalatamınsırıqlısınınqolunu, ətəkhissəsiniyalayır.Anamağlıyırdıvədeyirdi:

- Kərəminəşükür, Allah! Heyvanınəməlinəbax!

…buhadisəuzunmüddət el arasındadanışıldı.