deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Qəşəm İsabəyli: Əriştə həkimdir ey... Adalet.az | Qəşəm İsabəyli: Əriştə həkimdir ey... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Əriştə həkimdir ey...

Qəşəm İsabəyli ,Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

14363    |   2019-06-14 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

























–Əriştə həkimdir, ey,

Mən bilirəm, bala, mən –

Ölünü dirildərəm

Əriştəylə,Vallah, mən!


Ay Anarım, hər həkim

Çatmaz ona hünərdə –

Dizlər çökdürüb, bala,

Əriştə neçə dərdə!


Yorğunsan... əriştə vur?!

Soyuqlamısan... buyur?!

Bir kasa da bəsindi,

Sap-sağlam ayağa dur!


–Ay nənə, təriflədin,

Ağzımın suyu axdı,

Mən bilən beləsini

Yeməmişəm ha vaxtdı!


Tezol, görüm, ver bura,

Kasayla göndər bura.

–Hazırdı hər yarağım –

Bu–, soğanım, bu –yağım,


Turşum, yarpızım, duzum,

Bu da qazan dolusu.

Dayan, kündəni yayım,

Fətir kəsim, doğrayım.


Əlimi görməyəcəksən

İndi, balası, işdə –

Gözünü yum… aç…buyur,

Bu da sənə əriştə.


Qaşıq-qaşıq vururam,

Damcı-damcı tər çıxır.

Canımdan-ciyərimdən

Elə bil zəhər çıxır.


Haçan yuxu aparıb,

Haçan yatmışam, görən.

Ayılan da baxıram,

Sappa-sağolmuşam mən!


Düzü çaşıb qalmışam

Bu işə, bu iştəyə,

Kimə təşəkkür edim –

Nənəyə…

Əriştəyə?!




İmza:
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK