hacklink Adalet.az | Elçibəyin qaynı: “Həlimə xanım 3 ay idi Türkiyəyə getmişdi, ölümü qəfil oldu” Adalet.az | Elçibəyin qaynı: “Həlimə xanım 3 ay idi Türkiyəyə getmişdi, ölümü qəfil oldu” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Elçibəyin qaynı: “Həlimə xanım 3 ay idi Türkiyəyə getmişdi, ölümü qəfil oldu”

3405    |   2019-06-14 14:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım bu gün dünyasını dəyişib.

Həlimə xanımın qardaşı Mirmövsüm Mahmudov Modern.az-a açıqlamasında bacısının 3 ay idi ki, Türkiyədə müalicə olunduğunu deyib:


"Bacım Həlimənin 3 ay bundan qabaq səhhətində problem yaranmışdı. O qədər də ciddi problem deyildi. Türkiyədə müalicə almasını məsləhət gördük. Hər şey yaxşı gedirdi. Qəfil ölüm xəbərini aldıq”.


Mirmövsüm Mahmudov bildirib ki, bacısının cənazəsini Bakıya gətirməyə hazırlaşırlar:

"Güman ki, bacımı Bakı qəbiristanlığında dəfn edəcəyik”.

Elçibəyin qaynının sözlərinə görə, bacısı son vaxtlar tez-tez mərhum həyat yoldaşı ilə bağlı xatirələrindən də danışırmış.

"Həlimə xanımın Elçibəyi yad etmədiyi gün yox idi. Onunla bağlı xatirələrini tez-tez dilə gətirirdi. Həyatdır. Hər ikisinin də taleyinə Türkiyədə vəfat etmək yazılıbmış”.

Qeyd edək ki, Əbülfəz Elçibəylə Həlimə xanımın iki övladı dünyaya gəlib: oğluƏrturqut və qızı Çilənay xanım.

Allah rəhmət eləsin...




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK