adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Iyun 2019 14:44
10310
GÜNDƏM
A- A+

Vaqif Əsədov: “Bizim dünəndən etdiyimiz “Son zəng xəbərdarlığı”nın təsiri olub”

""Son zəng”lə bağlı məktəblər və onlara bitişik ərazilər tərəfimizdən tam nəzarətə götürülməklə xidmət aparılır. Rayon dövlət yol polis şöbələri, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın inzibati ərazisində yerləşən məktəblərdə olub, məzunlarla şəxşən görüşlər təşkil edib, keçirilən tədbirlərdə iştirak edərək, rəhbərlik adından təbrik ünvanlayıb. Eyni zamanda, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bəzi tövsiyələr verilib”.

Bu sözləriModern.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, bildirib ki, bunun nəticəsi olaraq indiyə kimi məktəblilərlə bağlı heç bir mənfi hal qeydə alınmayıb:

"Adətən belə günlərdə məktəblilər ailələrinə məxsus və ya başqasının nəqliyyat vasitəsini icazəli və icazəsiz idarə etməyə can atırlar. Bizim dünəndən etdiyimiz xəbərdarlığın təsiri olub. Düşünürəm ki, gün ərzində xoşagəlməz hal qeydə alınmayacaq”.

"Məktəblərin yerləşdiyi ərazilərdə polis xidmət aparır, süni sıxlığın yaşanmaması üçün tədbirlər görülür” - deyə Vaqif Əsədov bildirib.

Bölmə rəisi yol-hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb:

"Bütün yol-hərəkəti iştirakçılarını nizam-intizamlı olmağa çağırıram. Hamımız qaydalara riayət etsək, qəzaların sayı azalar. Yol hərəkatı ilə bağlı təbliğat işlərinə cəmiyyətdən də dəstək gəlməlidir. Yol-nəqliyyat hadisələrində həlak olanlar elə bizlərdən biridir, bu cəmiyyətin üzvüdür. Elə isə hər kəs öz nizam-intizamı ilə başqalarına nümunə olmalıdır”.