adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyun 2019 12:51
8071
GÜNDƏM
A- A+

Vergilər naziri: Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir

Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır.

Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, nağd pul kütləsinin çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb:

"Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə pos-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.