adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyun 2019 12:04
17794
SİYASƏT
A- A+

İstanbul uğrunda seçkini kim qazanacaq? – Türkiyə səfirindən AÇIQLAMA

"İstanbulda 23 iyunda keçiriləcək bələdiyyə seçkilərində kimin qazanacağı mövzusunda bir şey deyə bilmərəm. Millət kimi seçəcəksə, o, qazanacaq”.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, seçkilərin yenidən keçirilməsinə Yüksək Seçim Kurulu (YSK) qərar verdi:

"YSK-nın verdiyi qərara hər kəs əməl edəcək. 23 iyunda seçki keçiriləcək. Həmin tarixdə istanbullular səslərini verəcəklər. Bundan sonra da kim qazanacaqsa, o, bələdiyyə başqanı olacaq”.

Qeyd edək ki, 23 iyunda keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət Və İnkişaf Partiyasının namizədi Binali Yıldırımdır.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının namizədi isə Əkrəm İmamoğludur.