adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Iyun 2019 10:21
29910
KRİMİNAL
A- A+

Maştağada narkoplantasiya aşkarlandı - FOTO

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakiniVüqar Əliyevsaxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ona məxsus qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi1800kvadratmetr olan 3 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi1 ton 104 kiloqramolan7190ədəd çətənə kolu aşkar edilib.

V.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Axtarış zamanı V.Əliyevə məxsus istixanalardan əlavə olaraq qurudulmuş formada satış üçün nəzərdə tutulan5 kiloqram 100 qramnarkotik vasitə marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.