adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Iyun 2019 10:02
16128
ELM VƏ TƏHSİL
A- A+

Təhsil naziri məzunları təbrik etdi

Təhsil naziriCeyhun Bayramov"Son zəng” münasibətilə məzunları təbrik edib.

Adalet.az xəbər verir ki,təbrikdə deyilir:

"Əziz məzunlar!

Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibətilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm.

Siz yeni arzularla gələcəyə hədəflənirsiz. Yeni həyat yolu Sizə məqsəd və imkanlarınızı birləşdirmək amalı bəxş edir. Bu amalla da ilk növbədə Vətənə, xalqa, insanlara xidmət vəzifəsi ilə müxtəlif həyat yollarını seçirsiniz. Əminəm ki, əldə etdiyiniz bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək.

Sizin hər biriniz bizim üçün dəyərli və əvəzolunmazsınız! Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram!".

Qeyd edək ki, rəsmi məlumata görə, bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.