adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Iyun 2019 16:52
21496
ƏDƏBİYYAT
A- A+

QİSMƏT YARADICILIĞINDA ASKETİZM

Jurnalsit dostum Ağa Cəfərli hərdən mənə zarafatla sataşır: "nə qədər həssas adamsan, amma baxan elə bilər "daş” kimi kobud, duyğusuz bir qaya parçasısan..” Bir neçə dəfə yazılarımı oxuyub, "filan hissədə çox diqqətli olmusan, filan yerdə müşahidən xoşuma gəldi” də deyib. Ədəbiyyatı güzgü kimi qarşıma qoymağı da unutmur. Belə günlərin birində Ağa Cəfərli şair, tərcüməçi Qismət Rüstəmova qayğı, bir az da təbəssüm dolu nəzərlərlə baxıb sual verdi:

- "Turalı tanıyırsan da...?!”

-"Bəli” Qismət ağır intonasiyailə cavab verdi. Elə o an içimdə kəpənək kimi uçan misralar naməlum bir həyəcanla mənə bu yazını qələmə almağa vadar etdi. O cavabın "bəli” yaxud "xeyr” olmasından asılı olmayaraq, çoxdandı yazmağa hazırlaşdığım bu yazını məhz bu gün yazmağım da ayrı bir qismətdir...

Hələ də fəlsəfədə asketizm və praqmatik düşüncə tərzi Con Dyuninin insanın təbiətə rəngarəng münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdən isə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirməkləinsanın təbiətə rəngarəng münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdən isə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirməkdən o yana keçə bilməyib. Bu mənada ədəbi cərəyanların da fəlsəfi baxış bucağından çıxış etməsi təbii haldır...

Asketizm və praqmatizm təsadüfi olaraq qarşımıza çıxmayıb. Daha doğrusu mənim qarşıma... Belə ki, müasir Azərbaycan ədəbiyyatına həm asketik, həm də praqmatik tərzi nümayiş etdirən şair Qismət Rüstəmovun yaradıcılığına məhz asketik və praqmatik yöndən baxıb, təhlil etmək istədim... Belə bir başlanğıcı heç özüm də gözləmirdim. Bəlkə:

Gözlərindən öpərəm, dodaqlarından sənin,

Şirin sözlər asaram qulaqlarından sənin,

Saçını oğurlayıb daraqlarından sənin,

Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,

Yandıraram gecələr, gəlirsənmi yoxlaram...

Sözlərin su kimi axıb, hiss və duyğu daşlarına çırpılıb durulduğunu, saflaşdığını görürük. Bu saflığı, bu duruluğu şeirə tətbiq etməklə, yeni bir ovqat verməyi bacaran Qismət Rüstəmov məhz bu işində asketik bir görkəm alır, dünya nemətlərindən imtina edir və daha bəşəri olur. Asketizm sizi qorxutmasın, bu çağdaş ədəbiyyatımızda yenilik deyil, amma çox da rast gəlinəsi bir hal da deyil. Vaqif Bayatlı Odərdə də var, Musa Yaqubda da var məsələn. Qismətdə isə belə alınıb ki, asketizm yeni forma və məzmunda biçilib. Bəli, məhz biçilib, şeirlərinin boynuna, buxununa... Nə dərviş, nə sufi deyil. Amma irfanidi. Məsələn:

İstəsəniz, montajda kəsərsiniz.

Keçmiş yaddaşımızda olan qədərdi,

bundan artığı…

Üzümüzü həmişə keçmişə tutduq deyə,

gələcəyə arxamızı çevirdik.

Amma sonraya saxlamasaydıq,

işıq dirəklərinə qonan göyərçilərin səsini,

körpələrin gülüşünə inansaydıq birinci gündən,

Bu Günü elə Bu gün yaşasaydıq,

onda Zaman axsaq addımlarla

yanımızdan ötüb keçməzdi…



Qayıdaq yenə asketizmə. Niyə məhz asketizm? Məsələn ola bilərdi ki, Qismətin şeirlərində rasional düşüncəni önə çəkmək olardı. Ki, şeirlərində rasional baxışlar da var. Bu oxucu üçün o qədər önəmli deyil. Oxucu şeirdən zövq almaq istəyir. Zövq alır da. Amma bu zövqün mayasında nə durur və ya nə var onu görmək və demək lazımdır. Məncə Qismətin şeirlərinin mayasında dərin şərq peripatetizmi və qədim yunan-roma mifologiyası dayanır. Şərq peripatetizmində Fəxrəddin ər-Razinin fələsəfi ilə tanış olanlar bu məsələdə daha tez duyuq düşər. O ki, qaldı qədim yunan-roma mifologiyasına burada məhz ecazkar qadın personajlarını göstərmək olar...

Əlləri su damlası, boynu uzun

Yelena,

Səsin mənə mükafat, gözün hüzn

Yelena,

Şeir oxu soyuqda, sözlə qızın,

Yelena, Qızınmasan yandır ki, qızınasan

birtəhər,

Yoxlamışam, Yelena, yaxşı yanır

şeirlər...

Buradakı Yelena Zevsin Herasıdı, hətta bir az da irəli getsək, Fedidadır... Məhz yunan-roma mifologiyasının izlərini Qismətin bir çox şeirlərində tapmaq olar. Bu da şairin intellektual səviyyəsindən və ən gözəl unudulmuş köhnəni- yeni bir nəsnədə təqdim etmək istəyindən irəli gəlir...

o gün, hə, o gün

sən dodağında qırmızı qətiyyət,

əynində "qadın hüquqları və qaşqabaq”

gəlmişdin görüşə,

mən boğazıma qara bir ciddiyət taxıb,

təraş olub,

bəyəndiyin ətirdən də vurmuşdum.

Qismətin şeirlərində səmimiyyət vulkanı püskürür, bu vulkan Vezuvi vulkanı kimi "banal” və " standart” şəhər statusu alan şeirləri yox edir... Pompey şəhəri kimi... Ona görə də öncə Qismətin şeirlərinin səmimiyyətindən yapışıb demək lazımdır ki, bu şeirlər ona görə sevilir, oxunur, bəyənilir...

O gün idi, hə, o gün

13-ü cüməyə düşmüşdü,

"Araz” kafesində ayrılmaq üçün görüşürdük,

Azərbaycan kimi...

ofisiant,

bizi görən kimi öskürmüş,

sifətinə gülüş, dilinə hazır rusca sözlər geyinib

gəlmişdi yanımıza.

Mən "Günah anandadı!” salatı ,

yanında "Sən məni başadüşməzsən” qızartması istəmişdim.

Sən "Özün bilərsən” şorbası demişdin,

bir də "Mən yaxşı yaşamaq istəyirəm” püresi.

Sükutun qədəhinə

qırmızı, kəmturş ittihamlar süzülən kimi,

hörmət quşunun boğazı üzülən kimi,

hesabı istəmişdik.

Ürək sirr kimidir. Bu sirrin açılması həm də yeni bir dünyanın kəşfi deməkdir. Qismət yeni dünyaların kəşfi ilə məşğuldur. Bunu işi o yazdığı şeirləri bacarır. Qismətin şeirləri nə qədər sirrləri açıb, yeni dünyaları kəşf edib... Çünki Qismət həm də praqmatik düşünməyi bacarır, bu onun yaradıcılığında bir xətt kimi keçir. Praqmatizm sizi yanıltmasın. Söhbət maddi dünyamızı idarə edən fəlsəfi axımdan gedir. Bu cərəyana görə reallıq və doğruluq insan fəaliyyətindən asılıdır. Buna görə də gerçəklik, doğruluq və insan fəaliyyətinin nəticələri, ortaya qoyduğu faydaya, yarara görə dəyərləndirilir...

Qoca şəhər yatıbsa, saat üçü keçibsə,

Darıxanlar ordusu səni başçı seçibsə,

Baş götürüb qaçıbsa gözlərinin yuxusu,

İçini yandırırsa kimsəsizlik duyğusu,

Yenə küləklər kimi sərsərisənsə əgər,

Kədər satan gecəyə müştərisənsə əgər,

Bir fotonun önündə yüz fikrə getmisənsə,

Dözməyin köynəyini min tikə etmisənsə,

Asta yağış yağırsa, it hürürsə küçədə,

Küləklər daha əsmir, sənə köks ötürürsə -

Sən yığan nömrələri bu qəribə gecədə,

Eləcə təkrar-təkrar Səssizlik götürürsə -

Qismətin şeirlərindən hərə öz payını götürür. Kimi sevinc payını, kimi qəm payını, kimi də unutmaq payını... Bütün bunlar şairin içdən gələn hiss və duyğularının səhər şehi kimi təbiiliyindən, axşam rüzgarı kimi doğmalığından irəli gəlir. Qismətin şeirlərində hamıya həm tanış, həm də yad olan bir məqam var: "Bağışlamaq” məqamı. Bu məqamı yaşayanlar şairin şeirlərində özlərini görür...

Kompüter yanında kaktus kimisənsə çoxdandı,

telefonunsusursaQrahamBelinsəsiylə,

teleseriallarağladabilmirsədaha,

saatlıbombaürəyilədöyünürsə

divarsaatındavaxt,

darıxma, sıxılma, üzülmə.

Nəsəelə, dostum, nəsəelə…

Əlimizdən gələni etdik. Etdik ki, nəsə etdiyimizi düşünək. Hələlik etdiklərimiz bu yazı ilə yekunlaşır. Bu yazını da "etmədiklərimizə” borc bil şair...

Tural Cəfərli