bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Bir qalanın sirri Adalet.az | Bir qalanın sirri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bir qalanın sirri

Söhbət Lənkərandakı Bəlləbur qalasından gedir.

6775    |   2019-06-13 16:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Etimala görə onun tarixi eramızdan əvvəl XII- IX əsrlərə aiddir. Qala Lənkəran şəhərinin 7-8 kilometrliyində, Lənkərançayın sol sahilində, dəniz səviyyəsindən 1300-1400 metr hündürlükdə inşa edilmişdir.

Səkkiz güşəli olan budaqların bünövrəsi çay daşından, özülü isə bişmiş kvdrat şəkilli kərpicdəndir.

Qalanın qapı yeri, kərpicdən hörülmüş quyu və divarlarının qalıqları indi də durur.

Qalanın tarixi haqqında çoxlu rəvayətlər var. Onların birində deyilir ki, eramızın IV əsrində Sasani, Şahı II - Şahpur (309-379) İrana tez-tez basqınlar edən romalılardan, xəzərlilərdən, köçəri hun tayfalarından qorunmaq üçün çoxlu qalalar tikdirir. Talışdakı İran Canişini Hilal Babur da şahın əmri ilə indiki Lüvəsər kəndinin yaxınlığında əzəmətli bir qala inşa etdirir. Deylənə görə, orada böyük bir qarnizon yerləşmiş. Qala düşmən hücumlarının qarşısını alınmas və bu yerlərdən keçən ticarət yollarının təhlükəsizliyini təmin edilməsində mühüm rol oynayıb. Qalanın daxili və ətrafı atəşpərəstlik elementlər ilə dolu olub. 1922-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin ekspedisiyası qala divarları üzərində günəş, ulduz və od təsvirlərini müəyyən etmişdir.

Qalada ölümə məhkum edilmişlər xüsusi qapıdan keçirilib, əvvəlcədən hazırlanmış dərin quyu yanına gətirirlər və kəsilmiş başlar oraya düzülərmiş. Bu səbəbdən də həmin yeri "Goranbo”, yəni görlara qəbir, qəbirlərə qapı” adlandırılmışdır.

Ərəb istilası dövründə qala ərəblərin əlinə keçmiş və burada xilafətin qarnizonu yerləşdirilmişdir.

Bələbur sözünün mənası talışca "palıd tikanlığı” deməkdir. Çünki, hündür palıd ağacları və tikanlıq qala üçün təbii hasar olmuşdur. Həmçinin etimal var ki, qala adı ilk sahibi Baburun adının ərəb əlifbasının hissəciklərinin birləşməsi variantında: Bə-əl-Babur sözündən yaranmışdır.

Bəlləbur qalası haqqında fransız arxeoloqu Jak de Morqan XIX əsrin axırında tədqiqat işləri aparmışdır.

Morqan özü qeyd etmişdir ki, Lənkəran ərazisində eramızdan əvvəl XII-IX əsrlərə aid qazıntı materialları çoxdur.

O, tədqiqat zamanı daş, qutu, qəbirlər, tunc əşyalar və bəzək şeyləri əldə edib. Fransadakı Sen-Fermen muzeyinə satmışdır.

XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Talışın tarixinə, o cümlədən Bəlləbur qalasının öyrənilməsinə maraq artır. Bu axtarışlar da qazanc əldə etmək məqsədi daşıyır. 1910-cu ildə Bəlləbur qalasında böyük xəzinə tapılır. Bu vaxt qalanın bir çox yerləri dağıdılır, daşlar üzərində və divarlarda olan relyef işarə təsvirlərinin çox ləğv edilir.

1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Lənkəran ərazisində o cümlədən Bəlləbur qalasında qazıntı işləri aparır. Arxeoloji tədqiqatların nəticələrinə görə vaxtı ilə qalanın divarlarında çoxlu miqdarda yay, ox, nizə, qılınc, qalxan, tunc, çıraq, döyüş baltası, mizraq, habelə gipisdən düzəldilmiş quş və gül təsfirləri o cümlədən günəş, ulduz və od relyefləri də olmuşdur.

Qaladakı qoç heykəli heykəltaraşlıq cəhətdən mükəmməl əsərdir. Lakin təəssüf ki, qalada xəzinə taqmaq məqsədi ilə törədilən dağıntılar bu təsfirlərin və sənət əsərlərinin çoxunun dağılmasına səbəb olmuşdur. Bəlləbur qalasından tapılmış eksponatlar Lənkəran diyarşünaslıq muzeyində saxlanılır, abidələrin bəzi eksponatları isə Fransanın Senzermen muzeyindədir.

Bəlləbur qalası qrafik təsvir və heykəltaraşlıq nümunələri ilə zəngin Talış diyarının əzəmətini göstərən qədim tarixi abidədir. Onun tarixi hələ də tam və hərtərəfli öyrənilməmişdir. Qala tarixçilərin yolunu gözləyir.

Azad Zülalaoğlu-jurnalist

Lənkəran şəhəri




İmza:
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK