Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Övladlarınızın göz yaşını qoruyun… Adalet.az | Övladlarınızın göz yaşını qoruyun… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Övladlarınızın göz yaşını qoruyun…

XƏYALƏ ƏFƏNDİYEVA

4750    |   2019-06-13 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Övladlarınızın göz yaşlarını qoruyun… Qoruyun ki, sabah qəbriniz üstdə ağlaya bilsinlər… 

(Pifaqor)

Bayramı uşaqlarla birlikdə keçirmək arzusuyla körpələr evinə yollandı. Bu gün o gül balaların bayramıdı - ən böyük bayram isə onları sevindirməkdi…

Uşaq evlərinə sığınan körpələr mənim ən həssas, ağrılı yerimdi. Onların valideynlərinin əvəzinə vicdan əzabında boğulmuşam həmişə. O körpələrin gözlərinə baxa bilməsəm də, o məsum gözlərin dərinliyində batmağa cəsarətim çatmasa da, nə qədər sevincli olduqlarını duyurdum. Xoşbəxt idim yanlarında... Kaş ki, sağollaşmaq üçün müdirə xanımın otağına getməyəydim...

Bir qadın vardı müdirə xanımın yanında.. Elə sevindim ki, nə yaxşı, çox adamın ürəyindən keçib bu gün bura gəlmək... Nə yaxşı, uşaqlar gününü burda keçirməyi düşünən xanımlarımız var deyib, - fərəhlənmək istəmişdim guya… Az sonra söhbətdən anladım ki, qadın öz uşağını görməyə gəlib. Özümə yer tapa bilmirdim. Elə bil boğazıma kəndir salıb boğurdular.

Bu günəcən kiminsə işinə qarışmaq tərzim olmasa da, indi söhbət mövzusu uşaqlar idi və susa bilməzdim. Qadın məndən 5-6 yaş böyük olardı, ərkim çatdı elə bil. Müdir uşağı anası ilə görüşdürmək üçün otaqdan çıxanda özümü toplayıb birtəhər dedim:

- Xanım, sizə heç cür haqq qazandıra bilməsəm də, bir təhər anlamağa çalışmaq istəyirəm. Heç bir səbəb sizə sağ-salamat olduğunuz halda uşağınızı bura verməyə əsas vermir. Çox-çox üzr istəyərək deyim ki, əgər maddi durumunuz, dolanışığınız sizə ana olmağa imkan vermirsə, yetmiş cür kontrasept var, apteklər doludu: janin, yarina… Gedin, alın, için istədiyiniz qədər. Planlaşdırmış olarsınız hamiləliyinizi. Doğru və sizə uyğun zamanda ana olarsınız onda.

Qadın sözümü ağzımda qoydu...

- Bilirsənmi, o janin kimi hamiləliyə qarşı olan dərmanlar nə günə qoyur qaraciyəri. İndi sənə təsir eləmir e. Amma 45 – 50 yaşdan sonra anasını ağladır qaraciyərin.
… Kaş ki, bu sözləri eşitməyəydim. İnsanlığa bir az da nifrət elədim. Düşün ki, adam öz qaraciyərinin bu qədər qayğısına qalır. Bəs o körpələr - o məsum mələklər bizim nəfəsimiz deyilmi? Onlar bizim nəfəsimizdisə, deməli, ağ ciyərimizdi. Bəs o ağ ciyərlərimizi necə məhv elədiyimizin fərqindəyikmi ? Bu cür ana adını daşıyan məxluqlar qara ciyərininin 40 yaşdan sonrakı halına yana – yana bədbəxt elədiyi, ruhən şikəst elədiyi yavruları heç düşünürlərmi?

Əgər Cənnət belə "adamlıqdan payı olmayanların" ayağının altındadısa, Sən məni Cəhənnəminə yaz, İlahi. Bunun kimi vücudu bir qəpiyə dəyməyən qadınların 11 dəqiqəlik zövqündən doğulan yüzlərlə məsum uşaq dünya işığına, ana nəvazişinə, ata nəfəsinə möhtac qalır. Bu cür ruhsuz, ürəksiz qadınlar hər gecə boynuyoğun, içiboş, mənəviyyatı çürük ərlərinin isti bədəninə sarılıb yatanda, arada istiləyib yorğanlarını üstlərindən atanda... heç vicdanları üşüyürmü, görəsən?! ... Vicdanları sızlayırmı ki, onlar burda məst olub xumarlananda uşaqları kimsəsiz kimi körpələr evinin soyuq köşələrinə qısılıb ana yoluna dikir gözlərini... Dodaqları ana yanaqları üçün titrəyir... Ana əlləri ilə bişmiş yeməklərə ehtiyacları var onların… Ana deyib sarılmaq istəyirlər... Ataları olan o əclafların "balam", "meymunum", "məstanım", "doyşanım" deyib əzizləməsi üçün burnunun ucu göynüyür o uşaqların... Nədi o körpələrin günahı ki, o uşaqlara bu dünyada öz layiq olduğunuz cəhənnəmi yaşadırsınız?!

4 kiloluq uşağı və 5 litrlik suyu 9 ay bətnində daşıyan hər qadın Ana ola bilmir... Analıq bununla bitmir... anlayana ....İnsanlığın öldüyü yerdə - çürümüş toxumlar üzərində cücərən, böyüyən fidandı uşaq evləri..
Uşaq ya qoca fərqi yoxdu, Atılmış olmaq lazımsız olmaq deməkdi... bu həyatda lazımsız olduğunu bilməkdən daha böyük faciə yoxdu bir insan üçün...

Fikirlərimin burulğanında əzilirəm...

Müdirə xanım balaca gözəl bir qız uşağının əlindən tutub otağına gətirir. Oturduğum yerdəcə stula yapışıb qalıram. Yerimdə donuram az qala... Nəymiş bu gül parçası kimi uşağın günahı?! Şikəst olan o körpə deyil, şikəst olan onun valideynləridir. Və ana dilimizin izahlı lüğətində o "adamcıqların” adı və onların ünvanına deyiləsi söz yoxdu.

Elə bir zamanın içində yaşayırıq ki, sanki insanların ruhunu çəkib çıxarmış, özgə bir canlıya çevirmişlər. Ruhsuzlaşan, hissizləşən, özgələşən bu insan dənizinin içində boğulur adam.

Belə yerdə deyirlər ki, zaman çat verir... Zaman bilirsiz niyə çat verir? Çünki o zamanın içi bu cür çat zehinli qadınlarla, kişilik, ərənlik duyğusu çatlamış kişilərlə - bu cür çatlaq xislətlilərlə doludu. Zamanın heç nədə günahı yoxdu, havayı yerə hər şeyi zamanın boynuna yıxıb, özümüzü sığortalayırıq. Biz adam ola bilməmişiksə, burda zamanlıq və məkanlıq heç nə yoxdu... İnsanlıq çat verəndə hər şey sınır...

Hüseyn Cavidin xanımı Müşkinaz xanımın xatirələrini oxuyanda dünyam dağılmışdı, param-parça olmuşdum, yazırdı ki: Cavid sürgündə olanda gecələr uşaqlarımı yatırıb kimlərinsə pəncərələrin qabağında qoyduğu quru çörək parçalarını toplayır, gətirib evdə yuyur, uşaqlarımın şorbasına doğrayırdım... Kirpiyimlə od götürürdüm ki, balalarım Ata sarıdan onsuz da acdılar, heç olmasa qarınları ac qalmasın...

Belə analarımız olub bizim... Biz isə dünyaya gətirdiyimiz qüsurlu uşağa görə utanıb onu uşaq evinə verəcək qədər adi, şərəfsiz, ləyaqətsiz adamlarıq...
… 
Və bir də bu həyatda şikəst övladlarını dünyadan köçənə qədər qucağında daşıyan ata-analar var, onların qarşısında baş əyirəm…

Günlər yarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
r keçən gündən iz qalır
Üzümdə cırmaq kimi.
Çətini yaşamaqdı,
Ölmək nədi ki? Heç nə.
Son dəfə nəfəsini çəkib içinə
Bir dərin suya baş vurmaq kimi.
Suyun içindən gəlir dünyaya insan,
Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan,
Əcəl durub yol üstə qarmaq kimi...

Beləcə... Dünya sonlu və ölümlüdü... Bir gün hər şey heç nə ola biləcək qədər sonlu... Əcəl də yolunuz üstə qarmaq kimidi, balalarınızdan qaçsanız da, əcəldən qaça bilməyəcəksiniz. Heç olmasa, öz sabahınız üçün... Qoruyun övladlarızı. Onların göz yaşını qoruyun... Qoruyun ki, sabah qəbriniz üstündə ağlaya bilsinlər.

(1 iyun, 2019-cu il Mərdəkan).




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK