adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyun 2019 16:08
39655
TEXNOLOGİYA
A- A+

“Mastercard” araşdırma nəticələrini açıqladı

 Futbolun infrastruktura, innovasiya və iqtisadiyyata göstərdiyi dəstək nəticəsində 50 il ərzində futbol stadionlarının ətrafında şəhərlər formalaşmağa başlayacaq.

· Avropada mövcud futbol stadionları yerləşdikləri şəhərlərin büdcələrinə orta hesabla 585 milyon avro gəlir gətirirlər.

· Çempionlar Liqasının finalının keçirildiyi şəhərlərdə final günü pul köçürmələrinin sayı 2 dəfə artır.

· Hər 5 respondentdən 1-i fikirləşir ki, futbol cəmiyyətin birliyi üçün dindən daha effektivdir.

"Mastercard”ın sifarişi ilə Avropada yeni tikilmiş və yaxud inşası davam edən stadionların yerləşdiyi şəhərlərdə sorğular keçirdilib. Araşdırmada stadionlara yaxın ərazilərdə yaşayan 2min nəfər Avropa sakini iştirak edib.

Sorğu nəticələri göstərir ki, stadionlar yerləşdikləri şəhərlərə böyük miqdarda investisiya cəlb edirlər. Hər yeni stadion şəhər büdcəsinə orta hesabla 585 milyon avro gəlir gətirməklə, şəhərin infrastrukturunun yaxşılaşdırılmasında və məşğulluq səviyyəsinin artmasında əvəzsiz rol oynayır.

Araşdırma nəticəsində həmçinin bəlli olub ki, təxminən 2060-cı ilə qədər Avropada stadionların ətrafında 200min sakini olan xüsusi ağıllı şəhərlər formalaşacaq. Futbol şəhərinin mərkəzində ən son texnoloji nailiyyətlərdən istifadə olunmaqla tikilmiş 800 milyon avro dəyərində stadion yerləşəcək. Şəhərin öz nəqliyyat sistemi, məktəb və xəstəxanaları və hətta polis qüvvələri olacaq. Yaxın 50 il ərzində ilk futbol şəhərinin Avropanın böyük şəhərlərinin birinin hava limanından 80 km məsafədə, ucqar ərazidə inşa olunacağı planlaşdırılır. Ərazi məkanın genişliyi və komandanın neytrallığına əsasən seçiləcək.Bu şəhər varlı investorların hesabına formalaşdırılacaq.

Mütəxəssislər son illər reallaşdırılan bir neçə layihəni də buna misal çəkiblər. Məsələn, "Mançester Siti”nin futbol akademiyasında 600 yeni bina inşa edilib. Yaxud "Emirat Arsenal” stadionunun ərazisində 3min yeni bina inşa edilib ki, bunların da 40%-i münasib qiymətlərə təklif olunub.

Yeni araşdırma həmçinin futbolun insanlar arasında birlik hissini formalaşdırdığını da üzə çıxardıb. Futbol stadionun yaxınlığında yaşayan hər 5 respondentdən 1-i (17%) bildirib ki, o, özünü qonşuları ilə vəhdətdə hiss edir və bunun başlıca səbəbi futboldur.

21% respondent isə düşünür ki, futbol yerli kafedə müzakirə etmək üçün bir nömrəli mövzudur.

Araşdırma haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://newsroom.mastercard.com/eu/tr/?p=29092