bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Şeyxülislam Vyanaya gedir Adalet.az | Şeyxülislam Vyanaya gedir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Şeyxülislam Vyanaya gedir

3960    |   2019-06-13 15:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislamın rəhbərlik etdiyi nümayəndə heyəti 16-21 iyun tarixlərində Avstriya Respublikasında səfərdə olacaq. Səfər müddətində Vyana şəhərində bir sıra görüş və tədbirlər nəzərdə tutulur.

Bu haqda QMİ-dən bildirilib.

Şeyxülislam Allahşükür Paşazadə iyunun 17-də KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzinin üzvü olduğu Direktorlar Şurasında BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi M. A. Moratinos ilə görüşdə, iyunun 18-də isə Direktorlar Şurasının növbəti sessiyasında iştirak və çıxış edəcək.

19 iyun 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərinin "Hofburq” sarayında QMİ nəzdində Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi, KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzi, Cenevrə İnsan hüquqları və qlobal dialoq Mərkəzi və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə «Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə» mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.

Beynəlxalq Konfransın təşkili Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəmindən, dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsindən irəli gəlir.

Vyana Beynəlxalq Konfransında ümumilikdə 300-ə yaxın nümayəndənin -- dünyanın 30-dan artıq ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin, 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatlarının rəhbərləri, o cümlədən, BMT Baş Katibinin müavinləri - M. A. Moratinos və R.Xalikov, Avstriya tərəfdən Federal Hökumətin və Parlamentinin nümayəndələri, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələri iştirak edəcəklər.

Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri daxildirlər. Səfər çərçivəsində Avstriya rəsmiləri ilə görüşlər planlaşdırılır.

Konfransın əsas müzakirə mövzuları sırasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir; terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi; gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu; İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi kimi aktual tematikalar yer alıb.




İmza:

NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilidi

İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə

Nazirlik Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün pulsuz təlimlər təşkil edir

Müdafiə Nazirliyinin təşəbbüsü ilə şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib - VİDEO

Kəmaləddin Heydərov: "İlkin versiyaya görə, yanğın quru otdan başlayıb"

Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər

Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

“Fəaliyyətimi yenidən davam etdirəcəyəm” - Fuad Abbasov

AQİL ABBAS: «ŞİRMƏMMƏD HÜSEYNOVUN ÇOX YAŞAMASININ SİRRİ»

101 yaşlı Azərbaycan Silahlı Qüvvələri

Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı

SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK