viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb Adalet.az | Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb

5331    |   2019-06-13 13:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 8-14 iyul 2019-cu il tarixlərində Şamaxı şəhərində keçiriləcək Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçıları seçilib.

Komitədən bildirilib ki, artıq ənənəvi hal almış düşərgədə iştirak üçün 51 ölkədən yüzlərlə gənc müraciət edib. Müraciət edənlərin içərisindən 110 gənc düşərgədə iştirak hüququ qazanıb.

2019-cu ilin ölkəmizdə "Nəsimi ili” olmasını nəzərə alaraq, dahi Azərbaycan mütəfəkkiri İmaməddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platformada birləşdirmək və Azərbaycanla daha yaxından tanış etməkdir.

Düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri, əyləncəli-maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak xərcləri – viza, yol, yaşayış, qida­lanma, daxili nəqliyyat və səyahət sığortası üçün bütün xərclər tam şəkildə qarşılanacaq.




İmza:
SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK