viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Millət vəkilləri DOST mərkəzi ilə tanış olublar Adalet.az | Millət vəkilləri DOST mərkəzi ilə tanış olublar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Millət vəkilləri DOST mərkəzi ilə tanış olublar

5531    |   2019-06-13 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədrləri və millət vəkilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı DOST mərkəzində olublar.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, mərkəzin fəaliyyəti, burada göstərilən xidmətlər, könüllülük proqramları barədə deputatlara ətraflı məlumatlar verilib. Qeyd edilib ki, ilk DOST mərkəzinin fəaliyyətə başladığı gündən ötən bir ay ərzində mərkəzə 8 minədək vətəndaş müraciət edərək, burada əmək, məşğulluq, əlillik, sosial təminat, sosial sığorta və s. üzrə xidmətlərdən faydalanıb. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi də 100 faizə yaxındır. İlk DOST mərkəzində əmək, məşğulluq, sosial təminat, əlillik sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulur, bu mərkəzlər ümumən 2,8 milyon vətəndaşa sosial yönümlü xidmətlər göstərəcək.

Millət vəkilləri mərkəzdəki xidmət bölmələri ilə tanış olub, burada sosial agentlər, könüllülər tərəfindən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər. Onlar DOST mərkəzində göstərilən xidmətlərlə bağlı məmnunluqlarını ifadə ediblər.

Daha sonra DOST Agentliyində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar millət vəkillərinin də iştirakı ilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının iclası keçirilib.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ilk növbədə iştirakçıları qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. O vurğulayıb ki, 1993-cü ilin 15 iyununda xalqın yekdil iradəsi ilə respublikamıza rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti həmin dövrdə Azərbaycanın müqəddaratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə, bütün sahələri bürümüş dərin böhranın qarşısının alınmasına imkan verib.

Nazir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, iqtisadiyyatın dirçəldilməsi, ölkədə güclü sosial siyasətin formalaşdırılması üçün Ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətləri diqqətə çatdırıb. Müstəqil Azərbaycanın dinamik və uzunmüddətli inkişaf yolunun Milli Qurtuluş Günündən başlandığını, 2003-cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza atdığını, eyni zamanda, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

S.Babayev ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin inkişafı proseslərində xidmətlərindən bəhs edib.

Nazir bildirib ki, YAP-ın Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatı da Partiyanın əsas prinsiplərinə uyğun fəaliyyət göstərir. Təşkilat üzvlərinin sayı mütəmadi artmaqdadır. 2018-ci ilin aprel ayından bu günədək nazirliyin 641 əməkdaşı YAP-a üzv qəbul edilib. Hazırda nazirlik sistemində çalışanların 86,4 faizi YAP-ın üzvüdür. Ərazi ilk partiya təşkilatı bundan sonra da öz fəaliyyətini Partiyanın cəmiyyətdə olan yüksək nüfuzuna uyğun şəkildə davam etdirəcəkdir.

Milli Məclisin Sədrinin müavini Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov çıxış edərək, Milli Qurtuluş Gününün müasir Azərbaycanın tarixində misilsiz uğurlarla zəngin şərəfli bir inkişaf mərhələsinin başlanğısı olduğunu vurğulayıblar.

Daha sonra DOST Agentliyinin 32 əməkdaşının YAP-a üzvlüklə bağlı ərizələri qəbul edilib.




İmza:

“Rəşad Atakişiyev yüksək səviyyəli pilot olub” - Nazirdən mühüm açıqlamalar

Elşad Hacıyev: Vətəndaşların müraciətləri diqqətdə saxlanılır

Elməddin Sərdar: Anam Ağdamı soruşanda ölüb yerə girirəm...

Dünyada ədaləti ölməyə qoymayın

Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək

Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Sabah məktəblərdə ilk dərsin mövzusu bu olacaq...

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib

İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları necə təmin edilməlidir

SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK