adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Iyun 2019 12:35
9349
MƏMLƏKƏT
A- A+

Turizm Agentliyi də çimərlikləri YOXLAYACAQ

"Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqə başlayır".

Bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək.

"Biz müəyyən etmək istəyirik ki, çimərliklərdə vəziyyət necədir və turistlərə necə xidmət olunur. Agentlik olaraq biz monitorinqin nəticələrini müvafiq orqanlara təqdim edəcəyik.

Biz onun tərəfdarıyıq ki, Azərbaycanda çimərliklər ictimai olmalıdır və ora giriş pulsuz olmalıdır. Çimərliklərdə xidmət göstərən obyektlər xidmət haqqını ala bilərlər. Biz araşdırma aparırıq, bu yayın sonunda araşdırmanın nəticələrini aidiyyəti orqanlara təqdim edəcəyik".(modern.az)