Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında yenilik
Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənəkənar plenar iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.
Dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06