ANA SƏHİFƏ / MƏMLƏKƏT

Şamaxıda 150 ailənin taxıl zəmisi yanıb - RƏSMİ

2100    |   2019-06-13 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 12-də saat 23:00 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 ha biçilməmiş, 100 ha biçilmiş taxıl və 40 ha otlaq sahəsində yanğın baş verib.

Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər həyata keçirilib.

Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib. Yanğının bloklaşdırılması məqsədi ilə traktorlar vasitəsilə hadisə baş verən sahənin ətrafı şumlanıb, yanğının ətraf ərazilərə yayılmasının qarşısı tamamilə alınıb.

Yanğın iyunun 13-də saat 04.20 radələrində söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın baş verən ərazidə yerləşən 1,5 km uzunluqda, 2 il bundan əvvəl relsləri sökülmüş köhnə dəmiryolu şpalları da qismən yanıb.

Yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri üzrə hazırda araşdırma aparılır.



İmza:

MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOV

Faiq QİSMƏTOĞLU: HAVALAR İSTİ KEÇƏNDƏ...

Metro yay qrafikinə keçir - Qatar sayı azalır, interval artır

2022-ci ildən Bakıda avtobuslar yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriklə işləyəcək

Ağcabədinin Bayat kəndinə təbii qaz verilib - FOTOLAR

MÜHARİBƏ ADAMI - VİDEO

Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS

Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ

Nazir: Azərbaycan Ordusunda olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir

Mehriban Əliyeva: "Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir"

Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi

Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT

SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK