viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyada Adalet.az | Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyada Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyada

9029    |   2019-06-13 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib.

Səfər çərçivəsində ilk olaraq Latviya parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Rihards Kols ilə görüş keçirilib. Görüşdə Komitə sədri Fuad Muradov və sədr müavini Faiq Quliyev iştirak ediblər.

Rihards Kols Latviya və Azərbaycan arasında siyasi, iqtisadi, təhlükəsizlik sahəsində münasibətlərin yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib. O, ölkənin diaspor siyasəti barədə məlumat verib və bu sahədə pərakəndə fəaliyyətin qarşısının alındığını diqqətə çatdırıb. R.Kols təxminən 400 minə yaxın Latviya vətəndaşının xaricdə yaşaması, "Soydaş haqqında" qanun layihəsinin hazırlanması barədə də danışıb.

Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, fəaliyyəti və qurumun hədəfləri barədə ətraflı məlumat verən Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, diasporla iş sahəsində də sürətli inkişafa nail olunduğunu bildirib.

O, qeyd edib ki, Baltikyanı ölkələrdə 5 min azərbaycanlı yaşayır və onların 2 mini Latviyada məskunlaşıb. Bölgədə ən böyük azərbaycanlı icmasının Latviyada fəaliyyət göstərdiyinə diqqəti çəkən sədr deyib ki Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.

Danışıqlar zamanı Qarabağ məsələsinə də toxunulub. Komitə sədri Latviya hökumətinin və parlamentinin Qarabağ problemi, qondarma erməni soyqırımı ilə bağlı sərgilədiyi ədalətli mövqeyə görə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan nümayəndə heyətini Latviya xarici işlər nazirinin müavini Zanda Kalnina-Lukashevica qəbul edib.

Komitə rəsmilərinin Azərbaycan icması ilə görüşü də baş tutub. Görüşdən öncə Ümummilli lider Heydər Əliyevin Latviyadakı səfirliyimizin qarşısındakı abidəsi ziyarət olunub, abidə önünə əklil qoyulub.

Azərbaycan icması ilə görüşdə onların bu ölkədə fəaliyyətləri, qazandıqları uğurlar, təşkilatlanma və şəbəkələşmə imkanları barədə danışılıb, faydalı fikir mübadiləsi aparılıb.

Səfər şərçivəsində nümayəndə heyəti Latviya Dövlət Universitetinin nəzdindəki akademik kitabxananın İnformasiya Mərkəzinə də baş çəkib. Nümayəndə heyətinə kitabxananın yaradılması və fəaliyyəti barədə məlumat verilib. Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində müstəsna rol oynayan kitabxanaya əlavə tədris vəsaitləri bağışlaması barədə qərar qəbul edilib.




İmza:

Gömrük orqanları arasında əməkdaşlıq müzakirə edildi

Türkiyənin Vitse-prezidenti Azərbaycana gəlir

İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO

Prezident İlham Əliyev meksikalı həmkarını təbrik edib

MİRŞAHİN SƏRDAR CƏLALOĞLUNA SƏRT CAVAB VERDİ - VİDEO

Əli Əhmədov: "Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr..."

YAP bələdiyyə seçkilərinə hazırlıqlara start verib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri

Bahar Muradova: Ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir

Qarabağa qanunsuz gedənlərə çağırış: “Bu, təxribatdır”

Umud Mirzəyev: Hər beş gündə bir jurnalist öldürülür

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK