ANA SƏHİFƏ / GÜNDƏM

Polis “Son zəng”ə görə gücləndirilmiş rejimə keçdi - Xəbərdarlıq

2843    |   2019-06-13 08:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi eləcə də rayon Dövlət Yol Polisi şöbələri "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq.

Bu haqda Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. O deyib ki, təsdiq olunmuş plana əsasən, yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur. Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq.


Bundan başqa Bakı şəhərinin orta məktəblərin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub.


DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.


Sürücü və piyadalara tövsiyyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər.


Yol polisi bu il orta məktəbi başa vuran bütün məzunları təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.




İmza:

Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

İLK NİZAMİ ÖZÜNÜMÜDAFİƏ BATALYONUNU YARATMIŞ MİLLİ QƏHRƏMAN ŞİRİN MİRZƏYEV

Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib

KAŞ HƏMİŞƏ BELƏ ŞAD XƏBƏRLƏR EŞİDƏK

Əli Əhmədov: "Azərbaycanda təhsillə bağlı problemlər..."

Etibar Əliyev: Mən Şahlar Əsgərovu necə tanıyıram?

Komitə sədri: "Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün..."

Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək

Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib

Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı

Mübariz Qurbanlı: Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib

SON XƏBƏRLƏR
2019-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK