viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Gəncə Meksikanın Toluka-de-Lerdo şəhəri ilə qardaşlaşa bilər Adalet.az | Gəncə Meksikanın Toluka-de-Lerdo şəhəri ilə qardaşlaşa bilər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Gəncə Meksikanın Toluka-de-Lerdo şəhəri ilə qardaşlaşa bilər

25733    |   2019-06-12 17:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmi qonağa Gəncənin tarixindən söz açıb, mədəni, sənaye və iqtisadi potensialından danışıb.

O bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Bu il isə Avropanın İdman Şəhəri titulunu dayışır. Bütün bunlar da öz növbəsində şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib. Şəhər rəhbəri Gəncədə 3 universitet və 3 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu səfirin diqqətinə çatdırıb.O, burada Gəncə Avtomobil Zavodu, "AzərAlüminium” ASC, "Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərdiyini vurğulayıb, "Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisinin davam edildiyini bildirib. Niyazi Bayramov Gəncə Avtomobil Zavodunda istehsal olunan Elektrobusların da yaxın zamanlarda istifadəyə veriləcəyini qeyd edib.

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Niyazi Bayramovu salamlayaraq isti münasibətə görə öz təşəkkürünü bildirib.

Gəncəyə ikinci dəfədir ki, səfər etdiyini vurğulayan səfir, əsas məqsədinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib.Rodriqo Labardini Meksikanın Toluka-de-Lerdo şəhəri ilə Gəncə arasında "qardaş şəhər” münasibətlərinin qurula biləcəyini söyləyib. "Qardaşlıq üçün bu şəhərin seçilməsinin əsas səbəbi isə Gəncə ilə Toluka-de-Lerdonun bir-birinə bənzəməsidir. Belə ki, hər iki şəhər yüksək sənaye potensialına malikdir”, - deyə Rodriqo Labardini qeyd edib.

Görüşdə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar da müzakirə olunub. Rodriqo Labardini Meksikanın Azərbaycandakı Səfirliyi tərəfindən Gəncədə sərgi və konsertlərin təşkilinin mümkünlüyündən danışıb. Görüş zamanı Gəncədə Meksikanın məşhur piano ifaçısı Hesus Lepenin konsert proqramının, habelə meksikalı rəssam və fotqrafların əl işlərinin nümayiş olunduğu sərginin keçirilməsi üçün razılığa gəlinib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.



İmza:

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Novruz Novruzlu: Qafil Oyan - Video

Bakıda X Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

"Naməlum Qadının məktubu" Şah Mat Teatrında

Sami Yusuf Nəsiminin “Sığmazam“ qəzəli əsasında kompozisiya hazırlayıb - VİDEO

"Sınıq körpü"nün bərpa işləri ilin sonuna kimi başa çata bilər

Xalq artisti Rafiq Əzimov “Şah Mat”ın mövsüm açılışında iştirak etdi

Bakıda Şirvanşahlar dövrünə aid abidə dağıdılıb

Azərbaycanlı rəssam beynəlxalq sərgiyə dəvət aldı

Əminə Dilbazinin yubileyi qeyd ediləcək - SƏRƏNCAM

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK