viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub Adalet.az | ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

5645    |   2019-06-12 16:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədi ilə mediatur təşkil olunub.

Universitetdən Adalet.az-a verilən məlumata görə, mediaturda iştirak edən millət vəkili, yazıçı Aqil Abbas, təhsil ekspertləri – professor Şahlar Əsgərov, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov, "525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, "Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə və digər qonaqlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumatlandırılıblar. İmtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonaqlarla görüşüb, onları universitetdə görməkdən məmnun olduğunu deyib. İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan universitet rəhbəri imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil olunması, hər bir imtahan otağında tələbələrə yardım məqsədi ilə lüğət və proqramın qoyulduğunu diqqətə çatdırıb.

Rektor əlavə edib ki, universitetin tələbə və müəllimləri Azərbaycanın müxtəlif rayon və şəhərlərində, qaçqın məktəblərində pedaqoji təcrübədə yaxından iştirak edir və bu, ənənə şəklini alıb. ADU-nun rəhbəri tələbələrin təcrübəsinin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu deyib.

Universitetin beynəlxalq əlaqələrin qurulmasında rolundan danışan Xalq yazıçısı Kamal Abdulla son vaxtlar təhsilin keyfiyyətinin yüksəldiyini və yeni təhsil proqramlarının uğurla həyata keçirildiyini vurğulayıb. O, bu işdə ölkə rəhbərliyinin – Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi əməyinin olduğu bildirilib.

Universitetdə tələbə və müəllimlər üçün yaradılan şəraitdən danışan rektor yeni təhsil planlarından, tədrisin keyfiyyətinin daha da artırılması üçün atılan addımlardan da bəhs edib. O qeyd edib ki, hər bir tələbə universiteti öz doğma evi hesab etməli və burada müəllim-tələbə əlaqələri düzgün şəkildə qurulmalıdır. Azərbaycan Dillər Universitetində müəllim tələbə münasibətləri səmimi körpü üzərində qurulub, bu da təhsilin daha da inkişaf etməsi üçün əlverişli şəraitdir.

Millət vəkili, yazıçı Aqil Abbas, professor Şahlar Əsgərov, təhsil ekspertləri Etibar Əliyev, Kamran Əsədov, universitetin Valideynlər Şurasının üzvləri və başqaları imtahan prosesi, müəllim-tələbə münasibətləri haqqında fikirlərini bildirib, ADU-nun uğurlarından danışıb, dərsliklər və dərs vəsaitləri, imtahan prosesi haqqında fikir və təklifərini səsləndiriblər.

Bildirilib ki, Azərbaycan Dillər Universiteti ali təhsil ocaqları arasında xüsusi nüfuza malikdir. Bu nüfuz tələbə və müəllim heyətinin yüksək səviyyədə öz işlərinin öhdəsindən gəldiyindən xəbər verir.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyasına iyunun 3-də start verilib. İmtahanlar iyulun 5-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat müəyyənləşdirilib.

ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və info@adu.edu.az ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib.




İmza:

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq

Valideynlərin “təriqət məktəbi” üsyanı

Görəsən, təhsilə biz nə qədər xərcləyirik? - SİYAHI

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib

61 məktəbə yeni direktor təyin olunub

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Prezident təqaüdü alacaq tələbələr bu universitetləri seçib - SİYAHI

UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək

Bu tədris ilində şagirdlərin çoxu oğlanlar olacaq - STATİSTİKA

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK